Read More9
Read More9

BirKart sahibləri PAŞA Sığortadan olan könüllü tibbi sığortanı taksitlə əldə edə bilərlər

posted in: Xəbər | 0

Ölkənin ən məşhur taksit kartı olan BirKart sahibləri, PAŞA Sığortadan olan fərdi müştərilər üçün nəzərdə tutulan könüllü tibbi sığorta məhsulunun dəyərini istəklərindən asılı olaraq bir neçə aya bölərək ödəyə bilərlər. Belə ki, sığorta haqqı məhsulun müddətindən çox olmamaq şərti ilə 3, 6, 9 və ya 12 taksitlə ödənilə bilər.

Taksit ödənişi zamanı sığorta haqqına əlavə komissiya və ya hər hansı faiz tətbiq olunmur. Ödənişin hissələrə bölünməsi üçün müştərilər PAŞA Sığortanın Baş ofisi, Port Baku Ofisi, Sumqayıt və ya Gəncə filiallarına yaxınlaşıb, ödənişi ofislərdəki POS terminallar vasitəsilə həyata keçirməlidirlər.

Könüllü tibbi sığorta məhsulu “Gold”, “Silver” və “Classic+” adı altında 3 paket şəklində müştərilərə təklif olunur. Müştərilər “Gold” paketi üzrə 1050 AZN sığorta haqqı ödəməklə 20 000 AZN, “Silver” paketi üzrə 840 AZN sığorta haqqına 15 000 AZN, “Classic+” paketi üzrə isə 645 AZN sığorta haqqına 10 000 AZN sığorta təminatı əldə edə bilərlər.

Qeyd edək ki, BirKart-ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan keşbek və Umico bonusu imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 8000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə, həmçinin BirKart mərkəzlərinə müraciət etmək olar.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əcnəbilərin gəlirləri vergiyə necə cəlb olunur?

posted in: Vergi, Xəbər | 0

Əcnəbilərin gəlirləri vergiyə necə cəlb olunur?

Xarici şirkətlərin Azərbaycandakı filialları Respublika ərazisində rezident olan sifarişçi şirkətlər üçün xidmət göstərirlər. Bu xidmətin yerinə yetirilməsi üçün ana şirkət olan qeyri-rezident şirkətin baş ofisi ilə əmək müqaviləsi bağlayaraq işləyən xarici vətəndaşlar Azərbaycana ezam olunurlar.

Burada gördükləri işlərə görə baş ofisdən məvacib alır, digər sosial xarakterli xərcləri (mənzil kirayəsi, nəqliyyat, kommunikasiya, yemək xərcləri) Azərbaycandakı filialı tərəfindən ödənilir. Məvaciblər isə sonradan baş ofisin Azərbaycandakı filialının verdiyi hesab-faktura əsasında əvəzi ödənilir. Bu zaman xarici vətəndaşların hansı gəlirləri, hansı qaydada vergiyə, sosial sığorta ödənişlərinin hesablanmasına cəlb olunmalıdır? Xarici vətəndaşların Azərbaycan ərazisində xidmət göstərmək üçün bağlanmış ezamiyyə müqavilələri mülki-hüquqi müqavilələr sırasına aid edilirmi?

Bu suallarla bağlı Vergilər Nazirliyinin açıqlamasında bildirilib ki, Vergi Məcəlləsinin 13.2.16.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında muzdlu işdən gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur və muzdlu işdən əldə edilən gəlirlər Vergi Məcəlləsinə uyğun olaraq gəlir vergisinə cəlb olunur.

“Sosial sığorta haqqında” Qanunun 12-ci maddəsinin müddəalarına əsasən qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər istisna olmaqla, Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər məcburi dövlət sosial sığortasına cəlb olunurlar.

İşəgötürən tərəfindən işçilərin sosial xarakterli xərclərinin (təhsil, səhiyyə, yemək, telefon danışıqları, kirayə, nəqliyyat, işçinin əmlakı, həyatı, sağlamlığı üzrə sığorta xərclərinin) üçüncü şəxsin hesabına köçürülməsinin nəticəsi kimi əldə olunan gəlirdən məcburi dövlət sosial sığorta haqqı hesablanmır.

İşçinin belə xərclərinin əvəzi birbaşa işçiyə ödənildiyi halda həmin məbləğlər işçinin sosial sığorta haqlarına cəlb olunan gəlirlərinə aid edilir.

Cari il bitməmiş dividend ödəmək olar?

posted in: Vergi, Xəbər | 0

Cari il bitməmiş dividend ödəmək olar?

təsisçi, MMC, bank, Dividend güzəştləri mənfəətSual: Şirkət cari il bitməmiş bank hesabına daxil olan vəsaitdən öz təsisçilərinə dividend ödəyə bilərmi? Yəni cari ilin sonunda əldə olunacaq xalis mənfəət hesabından avans olaraq, ÖMV ödəmək şərti ilə öz təsisçilərinə dividend paylaya bilərmi? Qeyd edim ki, şirkət gəlirli şirkətdir, xərcləri çox azdır.

Cavab: Bildiririk ki, vergi qanunvericiliyi ilə təsisçilərə dividendlərin verilməsi qaydasında hər hansı məhdudiyyətlər nəzərdə tutulmamışdır.

Əlavə olaraq bildiririk ki, mülki münasibətləri tənzimləyən Мülki Məcəllənin 106-3.2-ci maddəsində səhmdar cəmiyyətinin nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilməsi qeyd olunmuşdur.

Мülki Məcəllənin 90-1-ci maddəsində isə məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilməsi bildirilmiş, eyni zamanda mənfəətin bölüşdürülməsi haqqında qərarın qəbul edilə bilmədiyi hallar göstərilmişdir.

Bax: Мülki Məcəllənin 90-1-ci və 106-3.2-ci maddələri.

Mənbə: taxes.gov.az


Bax: Turagentin əldə etdiyi komisyon haqqı ilə bağlı vergi öhdəliyi



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Fırıldaqçılara bank köçürmələrinə görə britaniyalıların itkiləri hesablanıb

posted in: Xəbər | 0

rəqəmsal valyuta, milyonçu, qida qıtlığı, ƏDV, ictimai iaşə, varlıların vergiləri, vergi,Fırıldaqçılar bank köçürmələri ilə əlaqəli sxemlərin köməyi ilə britaniyalılardan gündə təxminən bir milyon dollar əldə edirlər. “Which” Milli istehlakçılar təşkilatı itkiləri hesablayıb. Eyni zamanda Böyük Britaniya sakinləri fırıldaqçılara köçürdükləri pulların yarıdan azını geri qaytara bilirlər, “The Guardian” qəzeti belə yazıb.

“Which” təşkilatının məlumatına görə, Birləşmiş Krallığın sakinləri hər dəqiqə ərzində öz bank kartlarından dələduzlara ortalama 491 funt sterlinq (697 dollar) və ya gün ərzində 707 min funt sterlinq (bir milyon dollar) pul köçürürlər.

Özü də bu zaman banklar müştərilərinin sözügedən itkilərini tam şəkildə qapada bilmirlər.

Böyük Britaniyanın UK Finance bank və maliyyə xidmətləri ticarət assosiasiyasının statistikasına görə, 2019-cu ilin may ayından 2020-ci ilin sonuna qədər 190 minə yaxın dələduzluq hadisəsi qeydə alınıb ki, bu zaman Böyük Britaniya sakinlərinin hesabından ümumilikdə 412 milyon funt (585 milyon dollar) oğurlanıb.

Böyük Britaniyanın böyük banklarının əksəriyyəti, müştərlərin bank işçilərinin xəbərdarlıqlarına laqeydliklə yanaşmadıqları təqdirdə, onlara dəyən ziyanın ödənilməsi ilə bağlı könüllü sahə kodeksini imzalayıblar. Birləşmiş Krallıq sakinlərinin itirdikləri 412 milyon funt sterlinq pullarından yalnız 46 faizi geri qaytarılıb.

“Zərərin ödənilməsinin aşağı səviyyəsi bankların ardıcıl olmayan və ədalətsiz qərarlarına əsaslanır. Könüllü Kodeks bank köçürmələri ilə bağlı dələduzluq qurbanlarına vəd olunan təminatına zəmanət vermir”, – “Which” təşkilatının maliyyə şöbəsinin müdiri Garet Şou qeyd edib.

Əksər hallarda britaniyalıları köçürmələr sahəsində avtorizə edilmiş push-ödənişlər və elektron poçtun sındırılması ilə aldadırlar.

Pul köçürmələrində saxtakarlıq ilə bağlı kritik vəziyyət yaranıb. Cinayətkarlar daim məşhur bankların müştərilərini aldatmaq üçün yeni sxemlər icad edirlər.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 935 936 937 938 939 940 941 2. 684
error: Content is protected !!