Texnologiyalar uçotun gələcəyini necə formalaşdırır? (III hissə)
Blokçeynin gücü
Mühasibat uçotunun gələcəyinə təsir edən başqa bir tendensiya – istifadəçi arasında şifrəli valyutadan istifadə edən bir kompüter qeydiyyat sistemi olan blokçeyn texnologiyasıdır. Blokçeyn bitkoin sayəsində populyarlıq qazana bilsə də – əməliyyatların qeydə alındığı və bankdan asılı olmayaraq yeni valyuta vahidlərinin yaradıldığı rəqəmsal bir valyuta – texnologiya əhəmiyyətli dərəcədə inkişaf etmişdir. “Blokçeynin mühasibat uçotu üçün cəlbediciliyi, daim yenilənə bilən, təhlükə olmadan və ya zərər görmədən yoxlanılan mühasibat kitabının yeni bir növünü yaratmaq qabiliyyətidir”, – “Accounting Today” belə izah edir.
Blokçeyn, istifadəçilərə real vaxt reyestrlərinə daxil olmaq, eləcə də ağıllı müqavilələr yaratmaq və əməliyyatları qeyd etmək imkanı verdiyindən, sistemin mühasiblərin diqqətini cəlb etməsi təəccüblü deyil. “Accounting Today”a görə əslində, bir çox mühasibat şirkətləri, o cümlədən artıq böyük dördlük – “Ernst & Young”, “PwC”, “Deloitte” və “KPMG” daxil olmaqla, blokçeyni tətbiq edirlər. Blokçeyndən istifadə etmək istəyən mühasibat uçotu mütəxəssisləri müvafiq proqramlarla, həmçinin mühasibat kitabları, müqavilələr və qeydlər üçün məlumatların ötürülməsini necə konfiqurasiya etmək lazım olması ilə tanış olmalıdırlar.
Mühasibat uçotunun gələcəyini kəşf edin
Mühasibat uçotu, şübhəsiz ki, maşın təhsili, süni intellekt və blokçeyn də daxil olmaqla, intellektual texnologiyalar sayəsində dəyişir. “Accounting Today”in qeyd etdiyi kimi, hər hansı bir təkamüldə – “darvinist və ya texnoloji olsun, olduğu kimi uyğunlaşmağı istəməyənlər, geridə qalmaq riski ilə üzləşirlər”.
Gələcək mühasibat vəzifələri üçün öz işinə sadiq olan sahə ilə birlikdə inkişaf etməyə hazır olan peşəkarlar tələb olunacaq.