Vergi və sığorta ödənişlərinin uçotuna dair yeni vəsait nəşr olunub

posted in: Xəbər | 0

İqtisadi Araşdırmalar və Tədris Mərkəzi vergi və sığorta ödənişlərinin uçotunu asan üsulla öyrənmək və tətbiq etmək məqsədilə “Vergi və sığorta ödənişlərinin uçotu” adlı yeni vəsait hazırlayıb.

Nəzəri və praktiki tapşırıqları əhatə edən kitabın nəzəri hissəsi 12, praktiki hissəsi isə 7 fəsildən ibarətdir. Buraya “Vergi və sığorta ödənişləri haqqında anlayışlar”, “Fiziki şəxsin gəlir vergisi”, “Sadələşdirilmiş verginin uçotu”, “Mənfəət (gəlir) vergisinin uçotu”, “Əlavə dəyər vergisinin uçotu” və s. kimi fəsillər daxildir.

Kitabda vergilərin bütün növləri üzrə əsas əməliyyatların uçotu və bəyannamələrdə əks etdirilməsi üsulları haqqında zəruri izahatlar verilib. Yeni vəsait mühasiblər ilə bərabər, vergi mütəxəssisləri, auditorlar, iqtisadçılar, müəssisə rəhbərləri və ixtisası öyrənmək istəyən tələbə, magistr, aspirant və dissertantlar üçün faydalı ola bilər. Kitabdan sərbəst formada və ya müəllimlə təlimlərin keçilməsi zamanı dərs vəsaiti kimi istifadə etmək də mümkündür.

Vergi uçotu aparan mühasiblər uçot və hesabatın dəqiqliyini yoxlamaq məqsədilə vergi orqanı tərəfindən göndərilən audit yoxlamalarına hər zaman hazır olmalıdırlar. Bunun üçün mühasiblər rəsmi mühasibat qaydalarını, o cümlədən sənədləşmələrin aparılması qaydalarını, mülki qanunvericiliyin müddəalarını yaxşı bilməlidirlər. Çünki müəssisədə bəzən elə maliyyə əməliyyatları baş verir ki, həmin əməliyyatları hüquq müstəvisinə gətirmək zərurəti yaranır. Bu baxımdan yeni kitab mühasiblərə və vergi mütəxəssislərinə yaxından kömək edəcək.

“Vergi və sığorta ödənişlərinin uçotu” kitabı hər bir vergi növü üzrə mühasiblərin təcrübədə ən çox rast gəlinən məsələlərinin uyğun ardıcıllığı ilə yazılıb.

Kitabı əldə etmək üçün (077) 233-30-29 nömrəli telefonla əlaqə saxlaya bilərsiniz.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi ödəyicisinin fəaliyyətini müvəqqəti dayandırması

posted in: Xəbər | 0

malların uçotu, azadolmalar, vergi güzəştləri, mükafatdan vergi, Vergi güzəşti, təsisçi, Borc məbləğləri, Zərərin keçirilməsi, Zərər, Kameral uyğunsuzluq məktubları, Kameral uyğunsuzluq məktubu, Hüquqi şəxs, nizamnamə kapitalı, əsas vəsaitlər, 57.1 və 58.1-1-ci maddələrin fərqi, vergi ödəyicilərinin mənfəəti, sənədlər, Təmir xərcləri, malların təqdim edilməsi, Xidmətlərin göstərilməsi, Vergi Məcəlləsində dəyişiklik, vergi uçotu, daşımalar, Ödəmə mənbəyində vergi, Vergi elementləri, vergi məcəlləsi, qayda pozuntusu, icra, Nağdsız hesablaşmalar?Sadələşdirilmiş vergi, qayda pozuntusu, təmir xərcləri, vergi ödəyicisinin vergi öhdəliyi, maliyyə dəstəyi, Pandemiya, Vergi Məcəlləsi, Vergi ödəyiciləri, Ezamiyyə xərci, vergi borcu, vergi mükəlləfiyyəti, koronavirusla bağlı fəsil, Vergi Məcəlləsi, vergitutma, Mənfəət vergisi üzrə güzəşt, debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt, , maliyyə sanksiyası, Vergi Məcəlləsi, Gəlir vergisi, 102.2.5 maddəsi, 102.2.5 maddəsindəki güzəşt, güzəşt hüququ, satış, fərqlənmə nişanı, EDV, güzəşt, Vergi Məcəlləsi, xərcin çəkilməsi, kassa, vergi mecellesi, Vergi Məcəlləsi, mal, nağd,ÖMV, ƏDV,Əsas vəsaitlər, MMC-nin satılması,Vergi ödəyicisinin fəaliyyətini müvəqqəti dayandırması ilə bağlı bir sıra qaydalara əməl etmək tələb olunur. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir.

Bu məsələdə vergi ödəyicilərinin nəzərə almalı olduğu məqam ondan ibarətdir ki, vergi ödəyicisi mütləq fəaliyyətini və əməliyyatlarını dayandırdığı tarixə qədər olan dövrlə bağlı hesabat təqdim etməlidirlər. Misal üçün, tutaq ki, vergi ödəyicisi 10 avqust 2021-ci ildə fəaliyyətinin dayandırılması ilə bağlı vergi orqanına müraciət edib. Vergi mükəlləfiyyətlərinə uyğun olaraq vergi ödəyicisinin bəyannamələri təqdim etməsi aşağıdakı şəkildə olacaq:

Birinci hal: Gəlir vergisi ödəyicisi olan fiziki şəxs fəaliyyətini 10 avqust 2021-ci il tarixdə dayandırdıqda Vergi Məcəlləsinin 149.3-cü maddəsinə uyğun olaraq 30 gün müddətində, yəni 10 sentyabr 2021-ci il tarixə kimi 2021-ci il üzrə gəlir vergisi bəyannaməsi verməlidir.

Həmin vergi ödəyicisinin 2021-ci ilin bitməsini və ya həmin ilin 3-cü rübünün başa çatmasını gözləməsinə ehtiyac yoxdur.

İkinci hal: Mənfəət vergisi ödəyicisi olan hüquqi şəxs fəaliyyətini 10 avqust 2021-ci ildə dayandırdıqda da Vergi Məcəlləsinin 149.3-cü maddəsinə uyğun olaraq 30 gün müddətində, yəni 10 sentyabr 2021-ci il tarixə kimi 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsini təqdim etməlidir.

Zəruri qeyd: Həm gəlir, həm də mənfəət vergisi bəyannaməsi ilin əvvəlindən 10 avqust 2021-ci ilə – vergi ödəyicisi fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.

Üçüncü hal: Sadələşdirilmiş vergi ödəyicisi olan fiziki və ya hüquqi şəxs fəaliyyətini 10 avqust 2021-ci il tarixdə dayandırırsa, bəyannamənin 30 gün müddətində təqdimi tələbi onlara tətbiq edilmir. Vergi Məcəlləsinin 221.3-cü maddəsinə əsasən, vergi ödəyicisi fəaliyyətini dayandırdıqda, bəyannamə vergi orqanına Məcəllədə müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə təqdim edilməlidir. Ona görə də vergi ödəyicisi hesabatı rübdən sonrakı ayın 20-dən (misalımızda 20 oktyabr 2021-ci il) gec olmayaraq vergi orqanına təqdim etməlidir.

Amma nəzərə almaq lazımdır ki, bu zaman vergi ödəyici üçün hesabat dövrü müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.

Ona görə də 2021-ci ilin 3-cü rüb hesabatında 1 iyul – 10 avqust 2021-ci il tarixə olan dövr haqqında məlumat verməlidir.

Zəruri qeyd: Gəlir, mənfəət və ya sadələşdirilmiş vergi ödəyiciləri fəaliyyətini dayandırdığı halda vahid bəyannaməni – “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” növbəti rübdən sonrakı ayın 20-dək təqdim etməlidir.

Vergi ödəyicisinin mükəlləfiyyətindən asılı olmayaraq 30 gündən yox, Vergi Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq, rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına verməyə borcludurlar.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qismən ödənişli məzuniyyət nə qədərdir və kimlərin almaq hüququ vardır?

posted in: Xəbər | 0

Qismən ödənişli məzuniyyət

Əlillik təyinatı, Məzuniyyət haqqının hesablanması, ƏDV, vergi öhdəliyi, Cari vergi ödəmələri, sosial məzuniyyət, əmək məzuniyyəti, Mühasibat uçotu, təmir, gəlir, xərc,boşdayanma, boşdayanmaya görə ödəniş,

Uşağın 3 yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət də DSMF orqanları tərəfindən təmin olunur. 2018-ci il mayın 15-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 44 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 28 manat miqdarında müəyyən edilib.

Mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrdə əmək münasibətlərində olan, habelə istehsalatdan ayrılmaqla ali və orta ixtisas təhsili müəssisələrində, magistraturada, klinik ordinaturada və texniki peşə məktəblərində ixtisası artıran, yeni ixtisasa yiyələnən, kadr hazırlığı məktəblərində və kurslarında təhsil alan qadınlar, bilavasitə uşağa qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli məzuniyyət almaq hüququna malikdirlər.

Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət işləyən qadınlara doğuma görə məzuniyyət qurtardıqdan sonra haqqı qismən ödənilən məzuniyyət rəsmiləşdirildikdə uşağın üç yaşı tamam olanadək ödənilir.

Uşağın üç yaşı tamam olanadək ona qulluq edilməsinə görə haqqı qismən ödənilən məzuniyyət qadına hamiləliyə və doğuma görə verilən məzuniyyət başa çatdıqdan sonrakı gün təqdim olunur. Bu zaman həmin məzuniyyət qadına arzusuna uyğun olaraq tam və ya hissə-hissə verilə bilər.

Mənbə: sosial.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Çin “Böyük yeddilik” ölkələri ilə vergi qarşıdurmasına hazırlaşır

posted in: Xəbər | 0

Çin, “Böyük yeddilik” ölkələri tərəfindən lobbiçiliyi edilən korporasiyaların mənfəət vergisi üzrə minimal faiz dərəcəsinin tətbiqinə razılaşmağa hazır deyil. Bu məsələ ətrafında danışıqlardan xəbərdar olan mənbəyə istinadən “Bloomberg” agentliyi xəbər verib.

Çin vergitutmanın minimum səviyyəsinin müəyyənləşdirilməsinə dair razılığa gəlmiş G7 ölkələri arasında deyil, lakin “Böyük iyirmilik” adlanan birliyin bir hissəsidir. Bu qrupdan olan dövlətlərin nazirləri növbəti ayda Venetsiyada görüşəcəklər və güman edilir ki, onlar da vergi məsələləri üzrə ilkin razılığa gələ biləcəklər.

Söhbətin gedişi ilə tanış olan “Bloomberg” nəşri bildirir ki, Pekinin mövqeyi bu danışıqların uğur qazanmasına əsas maneə olaraq qalır. Ölkə 15 faizlik dərəcə ilə effektivliyə nail olmağın mümkünsüzlüyünü bildirərək, istisnalar tələb edəcək.

Çin şirkətlərinin əksəriyyəti 25 faizlik vergi ödəyir. Lakin yüksək texnologiyalar sektoru üçün müəyyən güzəştlər dərəcəsi 15 faizdən aşağıdır. Pekin ölkənin iqtisadi inkişafı üçün vacib hesab etdiyi bu güzəştləri saxlamaq istəyir. Hazırda yüksək texnoloji şirkətlərdən bəziləri 15 faizdən də az vergi verirlər. Çin “bu sektorlar üçün istisnalara getməyi təklif edə bilər”, Maliyyə Nazirliyi ilə əlaqəli olan tədqiqat idarəsinin vergi akademiyasından olan Van Tszetsay belə deyib.

Pekin iqtisadiyyatın yüksək texnologiyalı sahəsini növbəti beş il üçün inkişaf planlarından ötrü vacib hesab edir. ABŞ-ın tətbiq etməyə çalışdığı məhdudiyyətlərə baxmayaraq, artım templərini qoruyub saxlamağa çalışır.

Macarıstanın baş naziri Viktor Orban da G7 ölkələrinin təşəbbüsü ilə razılaşmadığını artıq bəyan edib. O hesab edir ki, minimal korporativ verginin tətbiqi ilə bağlı planlar absurddur və bu, Avropa İttifaqı ölkələrində investisiyaların azalmasına gətirib çıxaracaq.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 939 940 941 942 943 944 945 2. 705