Çin “Böyük yeddilik” ölkələri ilə vergi qarşıdurmasına hazırlaşır

posted in: Xəbər | 0
birbank biznes

Çin, “Böyük yeddilik” ölkələri tərəfindən lobbiçiliyi edilən korporasiyaların mənfəət vergisi üzrə minimal faiz dərəcəsinin tətbiqinə razılaşmağa hazır deyil. Bu məsələ ətrafında danışıqlardan xəbərdar olan mənbəyə istinadən “Bloomberg” agentliyi xəbər verib.

Çin vergitutmanın minimum səviyyəsinin müəyyənləşdirilməsinə dair razılığa gəlmiş G7 ölkələri arasında deyil, lakin “Böyük iyirmilik” adlanan birliyin bir hissəsidir. Bu qrupdan olan dövlətlərin nazirləri növbəti ayda Venetsiyada görüşəcəklər və güman edilir ki, onlar da vergi məsələləri üzrə ilkin razılığa gələ biləcəklər.

Söhbətin gedişi ilə tanış olan “Bloomberg” nəşri bildirir ki, Pekinin mövqeyi bu danışıqların uğur qazanmasına əsas maneə olaraq qalır. Ölkə 15 faizlik dərəcə ilə effektivliyə nail olmağın mümkünsüzlüyünü bildirərək, istisnalar tələb edəcək.

Çin şirkətlərinin əksəriyyəti 25 faizlik vergi ödəyir. Lakin yüksək texnologiyalar sektoru üçün müəyyən güzəştlər dərəcəsi 15 faizdən aşağıdır. Pekin ölkənin iqtisadi inkişafı üçün vacib hesab etdiyi bu güzəştləri saxlamaq istəyir. Hazırda yüksək texnoloji şirkətlərdən bəziləri 15 faizdən də az vergi verirlər. Çin “bu sektorlar üçün istisnalara getməyi təklif edə bilər”, Maliyyə Nazirliyi ilə əlaqəli olan tədqiqat idarəsinin vergi akademiyasından olan Van Tszetsay belə deyib.

Pekin iqtisadiyyatın yüksək texnologiyalı sahəsini növbəti beş il üçün inkişaf planlarından ötrü vacib hesab edir. ABŞ-ın tətbiq etməyə çalışdığı məhdudiyyətlərə baxmayaraq, artım templərini qoruyub saxlamağa çalışır.

Macarıstanın baş naziri Viktor Orban da G7 ölkələrinin təşəbbüsü ilə razılaşmadığını artıq bəyan edib. O hesab edir ki, minimal korporativ verginin tətbiqi ilə bağlı planlar absurddur və bu, Avropa İttifaqı ölkələrində investisiyaların azalmasına gətirib çıxaracaq.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email