Cari vergi ödənişləri

posted in: Xəbər | 0

Cari vergi ödənişləri

Cari vergi ödəmələri, Bank hesabı, Kassa çeki, Əməliyyatın düzgün sənədləşdirilməməsi, maliyyə sanksiyası, əsas vəsait, Əsas vəsaitlərin alışı, Vergi Məcəlləsinə dəyişiklik, Publik hüquqi şəxslər, Gəlirdən çıxılan xərc, ÖMV, ƏDV, ləğv, hədiyyə, vergi öhdəlikləri, təhtəlhesab əməliyyatlar, Büdcə, ƏDV-nin əvəzləşdirilməsi, büdcəyə ödəmələr, Vergi tutulan əməliyyatın vaxtı, Əmtəəsiz əməliyyat anlayışı, dividendlər, vergi güzəştləri, zərər, Zərərin növbəti illərə keçirilməsi, vergidən azadolunma, Müvəqqəti vergi rejimi, səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Cari vergi ödənişlərinin hesablanmasında hansı metodun seçilməsi, bu barədə vergi orqanlarına məlumat verilməsi kimi sual doğuran məqamlar var. Mövzunu maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edir.

Cari vergi ödənişlərinin hesablanması və ödənilməsi Vergi Məcəlləsinin 151-ci maddəsi ilə tənzimlənir. Bu maddə həmin hesablamaların birinci və ikinci metodunun, həmçinin yeni vergi ödəyiciləri və keçmiş ildə fəaliyyəti olmayan vergi ödəyiciləri üçün cari vergi ödənişlərinin hesablanma qaydalarını təyin edir.

Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, cari vergi ödənişlərinin hesablanmasında tətbiq edilən birinci metod keçmiş ilin mənfəət (gəlir) vergisinin ¼ hissəsinin ödənilməsini əhatə edir.

Vergi Məcəlləsinin 151.2-ci maddəsinə əsasən tətbiq edilən ikinci metodun mahiyyəti isə cari vergi ödənişlərin məbləğinin bu rübdəki gəlirinin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsalın hasili kimi hesablanmasından ibarətdir.

Vergi Məcəlləsinin 151.3-cü maddəsində göstərilir ki, vergi ödəyicisi hər ilin aprel ayının 15-nə kimi il ərzində bu iki metoddan hansını cari vergi ödənişlərinin hesablanmasında tətbiq edəcəyini seçir və vergi orqanlarına bu seçim barədə məlumat verir. Vergi ödəyicisi bu məlumatı vermədikdə vergi orqanları onun cari vergi ödənişlərini birinci metod (151.1) əsasında hesablayırlar. Bu isə vergi ödəyicisi üçün xoşagəlməz nəticələrə gətirib çıxara bilər.

Məsələn, tutaq ki, hər hansı şirkətin 2020-ci il ərzində 20.000 manat gəliri, 5.000 manat da gəlirdən çıxılan xərci olub və bu şirkət 15.000 manat mənfəətdən 3.000 manat mənfəət vergisi ödəyib. 2021-ci ilin birinci rübündə cəmi 2.000 manat gəlir əldə edən şirkətin mühasibi 15 aprel 2021-ci il tarixinə kimi “Cari vergi ödənişləri haqqında Arayışı” təqdim etmədiyi üçün vergi orqanı şirkətin cari vergi ödənişlərini birinci metodla hesablayır: 3000/4=750 manat.

Bu məbləği şirkət birinci metodla, həm də ilin digər rüblərində gəlirin əldə edilib-edilməməsindən asılı olmayaraq ödəməli olacaq. Lakin şirkətin mühasibi arayışı vaxtında təqdim edib, vergi orqanlarına ikinci metodu seçdiyini bildirsəydi, onun cari vergi ödənişləri cəmi 2000 * (3000/20000) = 300 manat təşkil edəcəkdi.

Bu misal “Cari vergi ödənişləri haqqında Arayış”ın təqdim edilməsinin vacibliyini, xüsusilə həmin arayışın ilin birinci rübü üzrə təqdim edilməsinin əhəmiyyətini bir daha nümayiş etdirir.

Sözsüz ki, bəzi hallarda vergi ödəyicisinə birinci metoddan istifadə etmək daha sərfəli ola bilər, sadəcə hər bir halda vergi ödəyicisinin hansı metoddan istifadə edəcəyini özü qərara almalı, öz məsuliyyətini vergi orqanına həvalə etməməlidir.

Keçmiş ildə fəaliyyəti olmayan və ya cari ildə vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyata alınan şəxslər cari vergi ödənişlərini Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən hesablayıb ödəyirlər. Bu metoda əsasən, cari vergi ödənişləri rübün nəticəsi əsasında artan yekunla hesablanmış mənfəət (gəlir) vergisinin 75 faizindən az ola bilməz.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycan bankları üçün BAFT tərəfindən beynəlxalq seminar keçirilib

posted in: Xəbər | 0

Kapital Bank və Amerika Banklar Assosiasiyasının (American Bankers Association) törəməsi olan BAFT (The Bankers Association for Finance and Trade), tərəfindən 13-14 aprel 2021-ci il tarixlərində “Müxbir Bankçılıq” adlı onlayn seminar keçirilib. Tədbir Azərbaycan Respublikası Mərkəzi Bankının dəstəyi ilə təşkil olunub.

Tədbirin əsas proqramı beynəlxalq təcrübəyə əsaslanaraq müxbir bankçılıq münasibətlərinin qurulması və onların dəstəklənməsinə həsr olunub. Bu mövzu regionda ilk dəfə təqdim olunaraq Amerikanın və Avropanın qlobal banklarının mütəxəssislərinin iştirakı ilə keçirilib. Seminarda Azərbaycanda fəaliyyət göstərən 20 yerli kommersiya bankı və xarici bankların nümayəndələrindən ümumilikdə 50 mütəxəssis iştirak edib.

Seminarın açılışına qatılan BAFT-ın prezidenti Tod Burwell və Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Toğrul Əliyev tədbirin beynəlxalq əhəmiyyətini qeyd edib və bu istiqamətdə beynəlxalq əməkdaşlıqları dəstəklədiklərini vurğulayıblar.

Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov seminarın yerli bankların beynəlxalq səviyyədə müxbir bankçılığın hansı təcrübə ilə həyata keçirilməsini daha geniş öyrənməsinə, həmçinin ölkə bankları üçün bu istiqamətin gücləndirilməsi və potensialın artırılmasına dəstək verəcəyini bildirib.

Proqramı zamanı bu sahədəki yeni qlobal trendlərə, daxili və xarici maraqlı tərəflərlə işin təşkili, partnyorların seçilməsinin strategiya ilə uzlaşdırılması, gözləntilərin idarə edilməsi, bu prosesdəki potensial risklərin müəyyən edilməsi, banklar arasında əməkdaşlığın inkişafı və idarə edilməsi kimi mövzulara toxunulub. Proqramda həmçinin bu istiqamətdə İT, kiber-təhlükəsizlik və rəqəmsal məqamların da nəzərə alınması kimi mövzular əhatə olunub.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Koronavirusdan sonra ABŞ iqtisadi yüksəliş vəd edib

posted in: Xəbər | 0

Beynəlxalq valyuta fondu (BVF) Dünya bankı ilə növbəti sammit üçün koronavirus pandemiyasının qlobal iqtisadiyyata təsiri ilə bağlı proqnozunu tam şəkildə dəyişdirib, VTimes nəşri belə yazıb.

Ötən ilin oktyabr ayında təşkilat hesab edirdi ki, böhran planetin bütün əhalisinin həyat səviyyəsinə böyük ziyan vuracaq, özü də uzunmüddətli və qeyri-bərabər bir bərpa dövrü yaşanacaq. Üstündən yarım il ötdükdən sonra BVF etiraf edib ki, problemlər başlıca olaraq inkişaf etməkdə olan ölkələrə toxunacaq.

Fondun ekspertlərinin fikrincə, 2024-cü ildə ABŞ iqtisadiyyatı pandemiyadan əvvəlki proqnozlarda gözləniləndən daha yüksək səviyyəyə qalxacaq. Digər inkişaf etmiş ölkələrin əksəriyyətində isə yalnız kiçik problemlər qalacaqdır.

Gözləntilərin belə radikal şəkildə yenidən nəzərdən keçirilməsi üçün bir neçə səbəb var. BVF-də üç əsas gözləntini göstəriblər və həmin gözləntilərdən birincisi inkişaf etmiş ölkələrin adaptasiya qabiliyyətinə aiddir. Artıq ikinci dalğa zamanı onlar karantin tədbirlərinin həyata keçirilməsində iqtisadiyyatın itkilərini əhəmiyyətli dərəcədə azalda bilmişlər.

İkinci səbəb kimi Şimali Amerika, Avropa və Yaponiya kimi ölkələrin öz iş yerlərini itirmiş vətəndaşlara göstərdiyi əhəmiyyətli dəstəyi qeyd etmək olar. BVF-nin icraçı-direktoru Kristalina Georgiyeva hesab edir ki, əgər bu dəstək olmasaydı, yenidən Böyük depressiyadan söhbət gedə bilərdi. Nəhayət, vaksinlərin ortaya çıxması, yaxın vaxtlarda dünyanın normal həyat axarına qayıda biləcəyinə ümid verir.

İnkişaf etməkdə olan ölkələr isə əhəmiyyətli şəkildə geridə qalacaqlar. Onlar vətəndaşları gəlir itkisi ilə bağlı problemlərdən tam şəkildə qoruya bilməmişlər, həmin ölkələrdə səhiyyə sisteminin effektivliyi də çox aşağıdır və peyvəndləmə daha çox zəif gedir. Yaxın illrədə əlavə olaraq vəziyyət daha da çətinləşə bilər, çünki sərmayədarlar bərpa olunan inkişaf etmiş ölkələrə vəsait yatırmağa çalışacaqlar ki, bu da kapital axınına gətirib çıxaracaqdır.

Bununla birlikdə UniCredit bankının baş iqtisadçısı Eric Nilsen və bəzi digər mütəxəssislər, mövcud nikbinliyin altı ay əvvəlki bədbinlik qədər, həddən ziyadə olacağını gözləyirlər. Axı, virusun yenidən baş vermə riski hələ də qalmaqdadır. Çinlə ticarət qarşıdurmaları da yeni səviyyəyə çata bilər, bütün bunlar isə dünya iqtisadiyyatını yenidən qızma həddinə çatdıra bilər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Qeyri-rezidentlər ölkəyə gəlmədən bank hesabları aça bilər”

posted in: Xəbər | 0

QR kodla ödəmə, AÖS, "QR kod"la ödəmə, Ani Ödənişlər Sistemi, Rəqəmsal İdentifikasiya Sistemi, Ani Ödənişlər Sistemi, uçot dərəcəsi, Ani Ödənişlər Sistemi, Yeni ödənişlər sistemi, Azərbaycan Mərkəzi Bankı, Ani ödənişlər sistemi, valyutadəyişmə, uçot dərəcəsi, Audit şirkətləri, qaynar xətt, şikayət, NBCBank, AGBank, Bank kreditlərinin təsnifləşdirilməsi,“Maliyyə xidmətləri üzrə rəqəmsallaşmanın genişləndirilməsi daha bir önəmli nüansın, məhz qeyri-rezidentlər üçün bank xidmətlərinin elektron şəkildə əldə olunması və nəticə etibarı ilə ölkədə əlverişli ekosistemin formalaşdırılması, investisiya qoyuluşlarının sürətinin artımı üçün müvafiq imkanlar yaradılmalıdır”.

Bunu “Rəqəmsal Ekosistemin İnkişafında Maliyyə İnstitutlarının Rolu” mövzusunda onlayn konfransda çıxışı zamanı Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov deyib.

F. Osmanovun sözlərinə görə, qeyri-rezidentlər Azərbaycan banklarından da hesab aça bilər:

“Bu təcrübə ilk dəfə 2014-cü ildə mobil və elektron rezident layihəsi çərçivəsində Estoniyadan başlayıb. Bu tarixdən etibarən məhz 73 mindən çox qeyri-rezident Estoniyanın virtual rezidentinə çevrilib. Bu virtual rezidentlərin 20 %-i bu gün elektron bank xidmərlərinə çıxış əldə edib.

Təbii ki, Mərkəzi Bank olaraq bu istiqamətdə də davamlı olaraq işlər həyata keçirilir. Məhz cənab Prezidentimizin bəlli sərəncamı ilə 2018-2020-ci illərdə rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsi üzrə dövlət proqramı aktiv icra edilib. Həmin dövrdə tərəfimizdən infrastruktur layihələri realizə olunub və sözügedən platformaların yaradılması və təkmilləşdirilməsi işləri həyata keçirilib.

Həmçinin qeyri-rezidentlərin ölkəyə gəlmədən bank hesablarının açılması imkanları yaradılıb”.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 990 991 992 993 994 995 996 2. 693