Kapital Bank və “Qırmızı Ürəklər” şəhidlərin xatirəsinə ağac əkdilər

posted in: Xəbər | 0

Kapital Bank və “Qırmızı Ürəklər” (“Red Hearts”) Xeyriyyə Fondu birinci və ikinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın xatirəsini əbədiləşdirmək məqsədilə ölkənin bir sıra rayonlarında “Vətən Bağı” layihəsini həyata keçirməyə başlayıb. Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.

Ağacəkmə layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib. Adıçəkilən rayonlarda müvafiq olaraq 160 və 144 ağac əkilib. Tədbirdə Kapital Bank-ın əməkdaşları, “Qırmızı Ürəklər” Xeyriyyə Fondunun üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və könüllülər iştirak edib. Ağacəkmə aksiyası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli İcra Hakimiyyəti orqanlarının dəstəyi ilə keçirilib.

“Vətən Bağı” insanların sıx olduğu yerlərdə, parklarda və şəhərin mərkəzlərində təşkil olunub. Əkilən ağaclara qulluq olunması, suvarlanması və digər lazımi tədbirlər yerli İcra Hakimiyyəti orqanları, Kapital Bank və “Qırmızı Ürəklər” Xeyriyyə Fondu tərəfindən həyata keçiriləcək. Ağacların əkilməsi mövsümü zamanı digər rayonlarda da analoji aksiyalar təşkil olunacaq.

Qeyd edək ki, “Qırmızı Ürəklər” Xeyriyyə Fondunun yaradılmasında əsas məqsəd cəmiyyətimiz üçün faydalı işlər görməkdir. Üzvlərinin əksəriyyəti, Kapital Bank-ın könüllü əməkdaşlarından ibarət olan fondun əsas fəaliyyət istiqaməti uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardım etməkdir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünya iqtisadiyyatında qadın rəhbərlərin rolu (II hissə)

posted in: Xəbər | 0

Dünya iqtisadiyyatında qadın rəhbərlər 

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Dünya iqtisadiyyatı hər il kişilərə görə trilyonlarla dollar itirir. Qadınlar vəziyyəti necə düzəldəcəklər?           

İşə qəbul zamanı cinsi üstünlükdən imtina olunması özü ilə praktiki fayda da gətirib. McKinsey&Company konsaltinq şirkətinin məlumatına görə, qadın liderlərinin sayı birbaşa mənfəətin artmasına təsir göstərir: qadın-rəhbərlərin payı 30 faizdən çox olan şirkətlər, bu göstəricinin 10 faiz olduğu şirkətlərə nisbətən iqtisadi cəhətdən 48 faiz daha uğurlu ola bilərlər. McKinsey & Company şirkətinin nəticələri Kolumbiya biznes-məktəbinin son araşdırması ilə də təsdiqlənir: ən azından bir qadının top-menecer mövqeyində olduğu firmanın dəyəri, bu mövqeyi yalnız kişilərin tutduğu şirkətlərin dəyərindən 40 milyon dollar yüksək olur, əldə edilən qazanc isə 6 faizə kimi yüksələ bilir.

Dünya iqtisadiyyatı qadın-rəhbərlərin hesabına 12 trilyon dollar əldə edə bilər

Əgər hər bir dünya ölkəsi gender bərabərliyinə can atarsa, 2025-ci ilə kimi dünya ÜDM-u 12 trilyon dollar yüksələ bilər, Boston Consulting Group şirkətinin analitik ekspertləri qeyd ediblər. “Qadınlar çoxtapşırıqlı rejimdə olan işlərin öhdəsindən daha yaxşı gələ bilirlər, onlara inteqrator rolu daha çox xasdır. Bundan başqa, qadın, top-menecer olmaq üçün öz üzərində daha çox işləməli və bu vəzifəni tutmaq üçün daha sərt mövqe tutmalı olur. Nəticədə bu sahədə irəliləyişə malik olduqda, bir qayda olaraq o, rəqabətə daha çox davamlı olur”, Skolkovo müstəqil direktorlar Klubunun şura sədri Tatyana Olifirova məsələyə aydınlıq gətirib.

Yeni imkanlar

Rusiya rəhbər qadınların sayına görə hələ ki, Avropadan geri qalır. Lakin bütün hallarda onların sayı heç də az deyil. Deloitte-nin hesablamasına görə, 2020-ci ildə onların payı təxminən 20 faiz təşkil edib. Özü də demək lazımdır ki, hələ üç il bundan əvvəl Rusiya firmalarının direktorlar şurasında qadınların payı yalnız 8,5 faiz təşkil edirdi. Onlar daha çox təhsil, ictimai iaşə, səhiyyə sahələrində çalışırlar. Ən az qadın baş direktorların işlədiyi sahələr isə bunlardır: inşaat, hasilat, təhlükəsizlik və energetika.

Nəzəriyyədə Avropada olduğu kimi, qadın-baş direktorların sayını kvotaların tətbiqi hesabına artırmaq olardı. Amma, kadr ehtiyatının formalaşdırılmasına vaxt lazımdır, süni stimullar isə ona gətirib çıxaracaq ki, rəhbər vəzifələrə buna hazır olmayan adamlar gələcək, Ümumrusiya ictimai rəyini öyrənən mərkəzin dövlət hakimiyyəti orqanları ilə iş üzrə direktoru Kirill Rodin belə hesab edir. “Bizim dəyərləndirmələrimizə görə, növbəti on ildə siyasətdə və biznesdə “qadın kabinetinin” sayı 30 faiz artacaq. Lakin kvotalaşdırma çətin ki, effektiv olsun. O, qadınların bu vəzifələrdə təbii mövcudluğunu yalnız çətinləşdirə bilər”, – Rusiya-asiya sənayeçilər və sahibkarlar ittifaqının prezidenti Vitaliy Malkeviç belə hesab edir.


III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Milyarderlərin əsas şəhərinin adı açıqlanıb

posted in: Xəbər | 0

Pekində dünyanın istənilən digər şəhərində yaşayan milyarderlərdən daha çox milyarder yaşayır. Ötən il Çinin paytaxtında milyarderlərin sayı 33 nəfər artıb, indi onların sayı 100 nəfərə çatıb.

Koronavirusa qarşı uğurlu mübarizə, texnoloji şirkətlərin və fond bazarlarının sayının artması, Çinin birinci yeri tutmasına və zənginlərin əsas şəhərinə çevrilməsinə kömək edib. Buna qədər son yeddi il ərzində Nyu-York şəhəri lider olaraq qalırdı. İndi sözügedən şəhərdə 99 milyarder yaşayır. Amma onların kapitalı indinin özündə də Pekindəki imkanlı şəxslərin kapitalından 80 milyard dollar çoxdur.

TikTok-un yaradıcısı və ByteDance-nin baş direktoru Zhang Yiming Pekinin ən zəngin adamı adlandırılıb. Onun kapitalı ikiqat artaraq, 35,6 milyard dollara kimi yüksəlib. Nyu-Yorkun ən varlı sakini isə – keçmiş mer “Michael Bloomberg”-dir. (sərvəti 59 milyard dollardır). Çin 698 milyarder sayı ilə ABŞ-a yaxınlaşmaqdadır. ABŞ isə 724 milyarder sayı ilə əvvəlki kimi liderliyini davam etdirməkdədir. Hindistan bu göstərici üzrə (140 milyarder) üçüncü yeri tutur.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Alibaba şirkətinin rekord həddə cərimələnməsi “Jack Ma”-nı daha da varlandırıb

posted in: Xəbər | 1

Çin hakimiyyət orqanları bu şirkəti rekord məbləğdə cərimələdikdən sonra çinli milyarder və Alibaba şirkətinin qurucusu “Jack Ma”-nın sərvəti daha 2,3 milyard dollar artıb. Bloomberg xəbər verir ki, milyarderlər indeksində — Bloomberg billionaires index — cərimədən sonra daha da zənginləşmiş sahibkar indi 52,1 milyard dollar sərvət ilə 25-ci sırada qərarlaşıb.

Belə ki, Alibaba şirkətinin səhmlərinin qiyməti yüksəliş göstərib. Çərşənbə axşamı, aprelin 13-də səhmlərin qiyməti 9,27 faiz artıb.

Bundan əvvəl, aprel ayında ÇXR-nın bazarlara nəzarət dövlət idarəsi, Alibaba şirkətini antiinhisar qanunvericiliyini pozduğuna görə, ölkə tarixi əzində ən yüksək məbləğdə – 18,22 milyard yuan (2,78 milyard ABŞ dolları)  cərimə etmişdi. Tədqiqatlar göstərmişdi ki, Alibaba şirkəti istehlakçını “seçim hüququ olmadan” öz xidmətlərindən istifadə etməyə məcbur edən siyasət apardığını təsdiqləyib.

Çin hakimiyyət orqanları ilə Jack Ma arasında münaqişə ötən il, sahibkarın rəqəmsal texnologiyalar məsələsində hökumətin siyasətini tənqid etdikdən sonra başlamışdı.

Bloombergin məlumatına görə, Çin hökumətinin növbəti qurbanı texnologiya nəhəngi Tencent ola bilər: bu şirkət də antiinhisar pozuntularına görə cərimə altına düşüb. Belə ki, təhsil sahəsində fəaliyyət göstərən Yuanfudao onlayn-xidmətinin 2018-ci ildə satın alınması, müəyyən iddiaların ortaya çıxmasına səbəb olmuşdu. Cərimə 77 min dollar təşkil etmişdi. Lakin martın ortalarında bu, səhmlərin qiymətinin 4,5 faiz aşağı düşməsinə, kapitallaşmanın isə 810 milyard dollara kimi azalmasına gətirib çıxarmışdı. Konqlomeratı böyük ehtimalla maliyyə, sığorta və fintex-aktivlər kimi ayırmağa məcbur edəcəklər və hansı ki, bundan sonra dərhal sərt tənzimləməyə məruz qalacaq.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 989 990 991 992 993 994 995 2. 693