Rusiyaya hansı ölkələr daha çox borclu qalıblar?

posted in: Xəbər | 0

bank sirri, Rusiyada mühasib peşəsi, mühasib, mühasibat uçotu,Ümumdünya bankı ilk dəfə Rusiyaya borclu olan ölkələrlə bağlı məlumatları açıqlayıb. Rusiya inkişaf etməkdə olan ölkələrin ən böyük suveren kreditorları sırasında beşinci yerdədir. Birinci yerdə – Çindir, bu dövlətə digər ölkələr 149 milyard dollar borcludurlar. İkinci yerdə Yaponiyadır (107,1 milyard dollar), üçüncü yerdə 28,3 milyard dollarla Almaniya, dördüncü yerdə isə 27,3 milyon dollarla Fransa qərarlaşıb.

2019-cu ilin sonuna olan məlumata görə, RF-na inkişaf etməkdə olan 30 ölkə ikitərəfli borclar üzrə 22,9 milyard dollar həcmində borcludurlar (bu, dövlətlərin borclarıdır və həmçinin hüquqi şəxslərin dövlətlər tərəfindən təmin edilmiş borclarıdır).

Rusiya qarşısında borc həcminə görə birinci yeri Belarus tutur –  8,1 milyard dollar. Bunlar 2019-cu il üçün olan məlumatlardır, burada Moskva və Minskin keçən payızda razılaşdıqları daha 1,5 milyard dollar nəzərə alınmayıb. Bu yaxınlarda Rusiya Federasiyası ilə Belarus arasında 3 milyard dollarlıq yeni kredit üzrə danışıqlardan bəhs olunduğu barədə məlumatlar yayılmışdı.
Venesuela, Vyetnam, Hindistan, Banqldeş və Yəmən Rusiyaya 1 milyard dollardan çox borcludurlar.

Afrika ölkələrinin (Zambiya, Efiopiya, Mozambik, Madaqaskar, Sudan, Tanzaniya, Somali) Rusiya Federasiyası qarşısında ümumi borcunu Dünya bankı 973 milyon dollar qiymətləndirir. Kreditlərin böyük hissəsi hələ sovetlər dövründə ayrılıb. Bu zaman Misirin 495,5 milyon dollarlıq borcu ayrıca qeyd olunub.

Amerika təbii sərvətlərin idarə edilməsi İnstitutunun (NGRİ) iqtisadçısı Devid Mixalının verdiyi məlumata görə, borclar üzrə məlumat inkişaf etməkdə olan ölkələrin Maliyyə Nazirliyinin Dünya bankına verdiyi hesabatlardan irəli gələrək tərtib edilib. İqtisadçı qeyd edib ki, bütün borcların, təxminən, 5%-i kreditor ölkələr üzrə bölünməyib. Rusiya Federasiyasının borcluları siyahısında isə İraq və Kuba yoxdur, həmin dövlətlərin 2018-ci ilin sonuna olan borcları isə mətbuata görə, 4 milyard dollar təşkil edə bilər.

Rusiya Federasiyasının Maliyyə Nazirliyinin məlumatına görə, 1 oktyabr 2020 il tarixinə, dövlət və hüquqi şəxslər Rusiyaya 39,6 milyard dollar (avroistiqrazların  noyabr prospektinin məlumatları) borcludurlar. Belə çıxır ki, Dünya bankının inkişaf etməkdə olan ölkələrin Rusiya qarşısında borcları barədə məlumatları bu borcun yarısından bir qədər çoxunu əhatə edir.

Federal xəzinədarlığın məlumatlarına görə, ötən il Rusiya digər dövlətlərə 211 milyard rubl (2 milyrd 790 milyon ABŞ dolları) kredit verib. Bu il üçün 355 milyard rubl (4 milyard 690 milyon dollar) dəyərində maliyyə və ixrac hökumət kreditləri verilməsi planlaşdırılır.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ezamiyyə xərclərinin gəlirdən çıxılması necə tənzimlənir?

posted in: Xəbər | 0

Qanunvericilikdə vergi ödəyicisinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən xidməti tapşırığı yerinə yetirmək üçün müəyyən olunmuş müddətə başqa yerə getməsi xidməti ezamiyyət sayılır. İqtisadçı ekspert Anar Bayramov diqqəti mövzu ilə bağlı maraq doğuran aktual məqamlara yönəldir.

Vergi Məcəlləsinin 109.7-ci maddəsinə əsasən, faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır.

Məcəllədə “norma” dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 nömrəli qərarı ilə təsdiq edilən həm respublikadaxili, həm də xarici ezamiyyə normaları nəzərdə tutulur. Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65 manat müəyyən edilib. Həmçinin qərarda qeyd edilir ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir.

Azərbaycan Respublikası Baş nazirinin imzaladığı 27 yanvar 2021-ci il tarixli, 13 saylı qərarla “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 nömrəli Qərarında dəyişiklik edilib.

Dəyişikliyə qədər Nazirlər Kabinetinin 14 saylı qərarının 1-1-ci hissəsində qeyd edilirdi ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir. Yeni qərarla 14 saylı qərarın 1-1-ci hissəsi ləğv edilib.

Dəyişikliyi misalla izah edək.

Dəyişikliyə qədər: İşçi Gəncə şəhərinə 2 günlük ezam olunduqda, işəgötürən tərəfindən ona 84 manat (70 manat (1 günlük norma) + 14 manat ((70 manat x 20 faiz (2-ci gün üçün yalnız gündəlik xərc)) ödənilirdi. İşçi mehmanxana xərci ilə bağlı təsdiqedici sənəd təqdim etmədiyi halda işəgötürən ona 28 manat, yəni 56 manatlıq mehmanxana xərcininin yarısını ((70 manat x 80 faiz) x 50 faiz) geri qaytarırdı.

Dəyişiklikdən sonra işçi Gəncə şəhərinə 2 günlük ezam olunduqda işəgötürən tərəfindən ona 84 manat (70 manat (1 günlük norma) + 14 manat ((70 manat x 20 faiz (2-ci gün üçün yalnız gündəlik xərc)) ödənilir. İşçi mehmanxana xərci üçün təsdiqedici sənəd təqdim etməsə belə, hər hansı məbləği geri qaytarmır.

Yeni dəyişikliyin müsbət cəhəti odur ki, işçinin ezam olunduğu ərazidə oteldə qalması mütləq tələb deyil və işəgötürən işçidən ezamiyyə normasına daxil edilən gündəlik xərclərlə yanaşı, mehmanxana xərci üçün də təsdiqedici sənəd tələb etməyəcək.

Bir məqama da diqqət yetirmək zəruridir ki, təcrübədə təsisçiyə və ya xidmət müqaviləsi ilə fəaliyyət göstərən şəxsə də ezamiyyə xərci hesablandığına rast gəlinir. Bu, düzgün deyil: cünki ezamiyyə yalnız işçiyə ödənilən məbləğdir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda əmək təhlükəsizliyi ilə bağlı dövlət standartı qəbul edilib

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu beynəlxalq standartlar əsasında AZS ISO 45001 “Əmək sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi” dövlət standartını qəbul edərək Dövlət Fonduna daxil edib.

Bu barədə Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, statistika göstərir ki, hər il ölkədə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində onlarla insan əmək qabiliyyətini itirir, xəsarət alır və ya ölüm halları baş verir. Bu sahədə sahibkarlara dəstək göstərilməsi məqsədilə dövlət standartı qəbul edilib.

Hər bir müəssisə, təşkilat sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına, təhlükəli və zərərli istehsalat amillərinə nəzarətin təşkil edilməsinə, işçilərinin əmək sağlamlığı, təhlükəsizliyi və onun fəaliyyəti nəticəsində digər şəxslərin sağlamlığına dəyən zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Bununla belə, bəzi hallarda müəssisə və təşkilatların əmək sağlamlığının və təhlükəsizliyinin idarə olunmamasını düzgün təşkil etməməsi səbəbindən istehsalatda bədbəxt hadisələr baş verir. Bu standartı əmək sağlamlığı və təhlükəsizliyi sistemini yaratmaq və həyata keçirmək istəyən istənilən təşkilat tətbiq edə bilər.

Yeni standartın tətbiqi sahibkarlara istehsalatda zədə və peşə xəstəliklərinin qarşısını almaqda, təhlükəsiz və sağlam iş yerləri yaratmaqda, preventiv və qoruyucu tədbirlər görməklə əmək sağlamlığı və təhlükəsizliyi üzrə riskləri idarə etməkdə kömək edəcək.

Sahibkarlıq subyektləri və digər maraqlı şəxlər dövlət standartının tam mətnini Azərbaycan Standartlaşdırma İnstitutunun internet səhifəsi – www.azstand.gov.az vasitəsilə əldə edə bilərlər.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Birinci rübdə vergi daxilolmaları üzrə proqnoza 121,1 faiz əməl edilib

posted in: Xəbər | 0

Asan İmza, Vergilərə işə qəbul, dövlət vergi, işə qəbul, ödənilmiş vergilər, Valyuta, Şəxsi hesab vərəqəsi, Məcburi dövlət sosial sığortası, mdss, işsizlik sığortası, Vergilər nazirinin müavini, Vergi ödəyicisi, Elektron qeydiyyat, Vergi ödəyicisi vergi ödəyiciləri xidmət mərkəzləri Aktiv vergi Vergilər satıcı xitam2021-ci ilin birinci rübündə dövlət büdcəsinə vergi daxilolmaları 2 milyard 85,73 milyon manat təşkil edib. Proqnoza 121,1 faiz əməl edilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, birinci rübdə büdcəyə əlavə daxilolmalar 363,8 milyon manatdan çox olub, bunun da 211,1 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür.

Mənbə: vergiler.az

 

 

 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun