Rusiyaya hansı ölkələr daha çox borclu qalıblar?

posted in: Xəbər | 0

bank sirri, Rusiyada mühasib peşəsi, mühasib, mühasibat uçotu,Ümumdünya bankı ilk dəfə Rusiyaya borclu olan ölkələrlə bağlı məlumatları açıqlayıb. Rusiya inkişaf etməkdə olan ölkələrin ən böyük suveren kreditorları sırasında beşinci yerdədir. Birinci yerdə – Çindir, bu dövlətə digər ölkələr 149 milyard dollar borcludurlar. İkinci yerdə Yaponiyadır (107,1 milyard dollar), üçüncü yerdə 28,3 milyard dollarla Almaniya, dördüncü yerdə isə 27,3 milyon dollarla Fransa qərarlaşıb.

2019-cu ilin sonuna olan məlumata görə, RF-na inkişaf etməkdə olan 30 ölkə ikitərəfli borclar üzrə 22,9 milyard dollar həcmində borcludurlar (bu, dövlətlərin borclarıdır və həmçinin hüquqi şəxslərin dövlətlər tərəfindən təmin edilmiş borclarıdır).

Rusiya qarşısında borc həcminə görə birinci yeri Belarus tutur –  8,1 milyard dollar. Bunlar 2019-cu il üçün olan məlumatlardır, burada Moskva və Minskin keçən payızda razılaşdıqları daha 1,5 milyard dollar nəzərə alınmayıb. Bu yaxınlarda Rusiya Federasiyası ilə Belarus arasında 3 milyard dollarlıq yeni kredit üzrə danışıqlardan bəhs olunduğu barədə məlumatlar yayılmışdı.
Venesuela, Vyetnam, Hindistan, Banqldeş və Yəmən Rusiyaya 1 milyard dollardan çox borcludurlar.

Afrika ölkələrinin (Zambiya, Efiopiya, Mozambik, Madaqaskar, Sudan, Tanzaniya, Somali) Rusiya Federasiyası qarşısında ümumi borcunu Dünya bankı 973 milyon dollar qiymətləndirir. Kreditlərin böyük hissəsi hələ sovetlər dövründə ayrılıb. Bu zaman Misirin 495,5 milyon dollarlıq borcu ayrıca qeyd olunub.

Amerika təbii sərvətlərin idarə edilməsi İnstitutunun (NGRİ) iqtisadçısı Devid Mixalının verdiyi məlumata görə, borclar üzrə məlumat inkişaf etməkdə olan ölkələrin Maliyyə Nazirliyinin Dünya bankına verdiyi hesabatlardan irəli gələrək tərtib edilib. İqtisadçı qeyd edib ki, bütün borcların, təxminən, 5%-i kreditor ölkələr üzrə bölünməyib. Rusiya Federasiyasının borcluları siyahısında isə İraq və Kuba yoxdur, həmin dövlətlərin 2018-ci ilin sonuna olan borcları isə mətbuata görə, 4 milyard dollar təşkil edə bilər.

Rusiya Federasiyasının Maliyyə Nazirliyinin məlumatına görə, 1 oktyabr 2020 il tarixinə, dövlət və hüquqi şəxslər Rusiyaya 39,6 milyard dollar (avroistiqrazların  noyabr prospektinin məlumatları) borcludurlar. Belə çıxır ki, Dünya bankının inkişaf etməkdə olan ölkələrin Rusiya qarşısında borcları barədə məlumatları bu borcun yarısından bir qədər çoxunu əhatə edir.

Federal xəzinədarlığın məlumatlarına görə, ötən il Rusiya digər dövlətlərə 211 milyard rubl (2 milyrd 790 milyon ABŞ dolları) kredit verib. Bu il üçün 355 milyard rubl (4 milyard 690 milyon dollar) dəyərində maliyyə və ixrac hökumət kreditləri verilməsi planlaşdırılır.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *