Böyük Britaniyada əmək bazarında canlanma baş verib

posted in: Xəbər | 0
birbank biznes

Böyük Britaniyada son 20 ildə vakansiyaların sayında rekord artım qeydə alınıb. Əmək bazarında canlanma ölkədə kütləvi işsizlik fonunda baş verib. Bu haqda “Bi-bi-ci” xəbər verib.

Son bir neçə ay ərzində vakansiyaların sayı bir milyon artıb. Bu cür artım tempi 2001-ci ildən bəri ilk dəfə müşahidə olunub. İşsizliyin səviyyəsi ikinci rübdə 4,7 faizdən, 4,6 faizə düşüb. Amma yenə də yüksək olaraq qalmaqdadır. Mütəxəssislər yaranmış vəziyyəti paradoks adlandırıblar.

Milli statistika xidmətinin (MSX) məlumatına görə, avqust ayında əməkdaşların sayı pandemiyadan əvvəlki səviyyəyə qayıdıb. MSX nümayəndəsi Conatan Athou qeyd edib ki, bərpaolunma qeyri-bərabər baş verib. MSX, işini itirənlərin əksəriyyətinin gənclər olması ilə bağlı xəbərdarlıq edib, həmçinin onların məşğulluq səviyyəsinin bərpa olunmağa başladığını bildirib.

“Pandemiyadan sonra bərpaolunma davam etdikcə, biz diqqətimizi əvvəlki tək iş yerlərinin yaradılması və dəstəklənməsi imkanlarına yönəltmişik”, – Maliyyə naziri Rişi Sunak bəyan edib.

O, Britaniya hökumətinin pandemiyanın başlanğıcında tətbiq etdiyi tədbirlərin işlədiyini bildirib. O vaxt ölkə iş yerlərində ixtisarları azaltmaq məqsədilə insanları məcburi məzuniyyətə göndərirdi. Britaniya ticarət palatasının iqtisadi şöbəsinin rəhbəri Siren Tiranın sözlərinə görə, şirkətlərin işçi işə götürə bilməmələrinin əsas səbəbləri, məhz Brexit (Böyük Britaniyanın Avropa İttifaqından çıxışı) və koronavirus olub. O hesab edir ki, məcburi məzuniyyətlərin ləğvi çətin ki, əmək bazarındakı problemləri həll etsin. “Personalın yığılması ilə bağlı çətinliklər, ehtimal ki, şirkətlərin sifarişləri yerinə yetirmək və istehlak tələbatını ödəmək qabiliyyətini məhdudlaşdıraraq iqtisadiyyatın bərpasını yavaşladır”, – xanım Tiru belə söyləyib.

Bəzi müsbət tendensiyalara baxmayaraq, Britaniyada məşğulluq vəziyyəti qeyri-sabit olmaqda davam edəcək, bu barədə KPMG-nin baş iqtisadçısı Yael Selfin xəbərdarlıq edib. Logistika sahəsində işçilərin, xüsusilə yük maşını sürücülərinin çatışmazlığı daha da kəskinləşib. Brexit, əcnəbi işçilərin viza almasını çətinləşdirib və yük maşını sürücüləri koronavirus səbəbiylə bağlanan sürücülük məktəblərində müntəzəm testdən keçə bilmirlər.

Logistik böhran səbəbindən, Britaniya pabları bağlanma ərəfəsində idi və ölkənin müxtəlif yerlərində mağazalar tez-tez boşalmağa başlamışdı. Supermarketlərin sahibləri, milad bayramları – ən aktiv ticarət dövrü ərəfəsində işçilərin çatışmazlığı problemini həll etməyin vacibliyi ilə bağlı xəbərdarlıq ediblər.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email