Bu bəyannaməni təqdim etməyənlər inzibati məsuliyyətə cəlb ediləcək

posted in: Xəbər | 0

Hüquqi dövlət reyestriGömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməyən şəxslər inzibati məsuliyyətə cəlb olunacaq.


“Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”da dəyişiklik edilib.

Nazirlər Kabinetinin qərarına əsasən, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim olunmalıdır.

Bildirilir ki, qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olacaq, lakin bu, gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmayacaq.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun. 
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *