Büdcə təsnifatı ilə bağlı Qərarda kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

Büdcə təsnifatı ilə bağlı Qərarda kiçik dəyişiklik edilib

Büdcə təsnifatı“Azərbaycan Respublikasının vahid büdcə təsnifatı-nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında

“Sahibkarlıq fəaliyyəti haqqında” və “Çayçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1388-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 503 nömrəli Fərmanının 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 mart tarixli 94 və 100 nömrəli, 18 mart tarixli 110 nömrəli, 28 mart tarixli 130, 133 və 135 nömrəli, 11 aprel tarixli 159 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin Təsnifatı”nın 1.4.2.3.2.1-ci yarımbəndində “Sahibkarlığa Kömək Milli Fondunun” sözləri “Sahibkarlığın İnkişafı Fondunun” sözləri ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı”nın “Mətbuat orqanları, ictimai təşkilatlar və digər tədbirlər” bölməsinin 7-ci sətrində “Sahibkarlığa Kömək Milli Fondu” sözləri “Sahibkarlığın İnkişafı Fondu” sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının
Baş Naziri                        Novruz Məmmədov


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email