901 saylı “Cari mənfəət vergisi üzrə xərclər” hesabı üzrə uçot: prinsiplər, standartlar və nümunələr

posted in: Xəbər | 0

Mənfəət vergisi üzrə xərclər – davam edən fəaliyyətlərdən əldə edilən mənfəətə tətbiq edilmək üçün  mühasibat uçotunda hesablama metodu ilə tanınan xərclərdir. Belə xərclərin uçotu kommersiya müəssisələri üçün hesablar planının 90-cı maddəsinə daxil olan hesablar üzrə aparılır. 901 saylı “Cari mənfəət vergisi üzrə xərclər” hesabı onlardan biridir.

Beynəlxalq uçot standartlarına görə mənfəət vergisi

Beynəlxalq mühasibat uçotu standartlarında mənfəət vergisi müəssisələrin gəlirlərindən dövlət büdcəsinə ödənilən əsas vergilərdən biri kimi nəzərdən keçirilir. 12 saylı MUSB-a görə (IAS12: Income Taxes (“Mənfəət vergisi”)) mənfəət vergisi yalnız faktiki ödənilən məbləğləri deyil, həm də təxirə salınmış vergi öhdəlikləri və aktivlərini əhatə edir. Standartın tələblərinə əsasən müəssisələr mühasibat mənfəəti ilə vergi mənfəəti arasındakı fərqləri nəzərə almalı, müvəqqəti fərqlərin  gələcək dövrlərdə yarada biləcəyi vergi təsirlərini uçotda əkd etdirməlidirlər. Bu yanaşma maliyyə hesabatlarının şəffaflığını və müqayisəliliyini təmin edir. Mənfəət vergisinin düzgün hesablanması investorlara, kreditorlara və digər maraqlı tərəflərə müəssisənin real maliyyə vəziyyəti barədə etibarlı məlumat təqdim edir. Beləliklə, mühasibat uçotu yalnız vergi öhdəliyinin icrasını deyil, həm də maliyyə hesabatlarında obyektivliyi qorumağı hədəfləyir.

Beynəlxalq standartın tələblərinin icrası üçün Azərbaycan Respublikasi Maliyyə Nazirliyinin KollegiyasininMaliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-ı ilə müəyyən edilmiş hesablar planına aşağıdakı uçot hesabları daxil edilib:

  • 901 saylı “Cari mənfəət vergisi üzrə xərclər”;
  • 902 saylı “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər”.

IAS12:mənfəət vergisi üzrə əsas anlayışlar

Beynəlxalq standart uçot zamanı istifadə edilən bəzi terminləri aşağıdakı kimi şərh edir:

Mühasibat xidmətləri
  • uçot mənfəəti – gəlir vergisi xərcləri çıxılmadan əvvəlki dövr üçün şirkətin mənfəətidir;
  • vergi mənfəəti – mənfəət vergilərinin hesablandığı vergi qaydalarına uyğun olaraq müəyyən olunan, mənfəət vergisinin ödənildiyi dövr üzrə şirkətin mənfəətidir;
  • mənfəət vergisinə qanunla müəyyən edilmiş dərəcə ilə hesablanmış cari mənfəət vergisi və təxirə salınmış vergilər daxildir.
  • vergi xərcləri (verginin artıq ödənilməsindən gəlirlər) cari və təxirə salınmış vergilər ilə əlaqədar olaraq dövr üzrə mənfəət və ya zərərin müəyyən olunmasına daxil edilən məcmu məbləğdir.
  • cari vergi dövr üzrə vergi mənfəəti (vergi zərəri) ilə əlaqədar ödənilməli (əvəzi alınmalı) mənfəət vergisi məbləğidir;
  • təxirə salınmış vergi öhdəlikləri vergi tutulan müvəqqəti fərqlər ilə əlaqədar gələcəkdə ödənilməli olan mənfəət vergisi məbləğidir.

901 saylı “Cari mənfəət vergisi üzrə xərclər” hesabı (902 saylı hesabla birgə) vergi xərclərinin uçotu üçün istifadə edilir.

“Cari mənfəət vergisi üzrə xərclər” hesabı

Cari mənfəət vergisi – vergi uçotu məlumatları əsasında hesablanmış, mənfəətin vergi dərəcəsinə vurulması ilə hesablanan gəlir vergisidir. Sadə dillə desək, müəssisənin gəlir vergisi bəyannaməsində əks etdirdiyi ödənilməli olan vergidir.

Müəssisələrin təsərrüfat fəaliyyətinin son nəticəsi təsisçilərə dividentin ödənilməsi üçün hesabat dövrünün bölüşdürülməmiş mənfətinin (yaxud zərərinin) müəyyən edilməsdir. Əgər müəssisə ili mənfəətlə başa vurubsa:

  • ümumi mənfəəti müəyyən etmək;
  • mənfəət vergisini hesablamaq;
  • ümumi mənfəətdən mənfəət vergisini çıxmaq lazımdır.

Yuxarıda qeyd edilən qaydalarla müəyyən edilmiş hesablar planının 9-cu bölməsi və ona aid olan 901 saylı “Cari mənfəət vergisi üzrə xərclər” hesabat dövrü ərzində əldə edilən ümumi mənfəət vergisi üzrə xərclərə dair məlumatların toplanmasına xidmət edir.

Cari verginin tanınması

Cari verginin tanınması zamanı yuxarıda qeyd edilən IAS12-nin 58-60-cı bəndləri tətbiq edilir. Standartın tələblərinə görə birbaşa kapitalda tanınan əməliyyat və ya hadisələrdən, habelə müəssisələrin birləşməsindən yaranan vergi məbləğləri istisna olmaqla cari və təxirə salınmış vergi məbləğləri gəlir və ya xərc kimi tanınmalı və dövr üzrə mənfəət və ya zərərə daxil edilməlidir.

Standartı 12-14-cü bəndləri cari vergi öhdəliklərinin və vergi aktivlərinin tanınmasını nizamlayır. Həmin bəndlərə görə:

  • Hazırkı və əvvəlki dövrlər üzrə cari verginin ödənilməmiş məbləği öhdəlik kimi tanınmalıdır. Hazırkı və əvvəlki dövrlər üzrə ödənilmiş məbləğ həmin dövrlər üzrə ödənilməli olan məbləğdən artıq olarsa, artıq olan hissə aktiv kimi tanınmalıdır.
  • Əvvəlki dövrün cari vergisinin bərpa olunması üçün keçmiş dövrə keçirilə bilən vergi zərərinə aid səmərə aktiv kimi tanınmalıdır.
  • Vergi zərəri əvvəlki dövrün cari vergisinin bərpa olunması üçün istifadə olunduqda, səmərənin müəssisəyə daxil olacağı ehtimal olduğu üçün və onun etibarlı qiymətləndirilməsi mümkün olduğu üçün, müəssisə vergi zərərinin yarandığı dövrdə səmərəni aktiv kimi tanıyır.

“Cari mənfəət vergisi üzrə xərclər” hesabı üzrə tənzimlənməsi

Qeyd etdiyimiz kimi, müəssisələr mənfəət vergisinin uçotunu hesablar planının 9-cu bölməsinin tələblərinə uyğun aparırlar. Bu bölmə 90 – “Mənfəət vergisi” maddəsindən ibarətdir. Maddədə mühasibat uçotu subyektinin hesabat dövrü ərzində maliyyə-təsərrüfat fəaliyyəti üzrə hesablanmış cari və təxirə salınmış mənfəət vergisi üzrə xərclər barədə ümumiləşdirilmiş məlumatlar təqdim edilir. Bu maddə üzrə həmin məlumatların uçotu 901 və 902 saylı hesablar açılır.

901 saylı “Cari mənfəət vergisi üzrə xərclər” hesabı üzrə tənzimləmələr yuxarıda qeyd edilən Qaydaların 63.2 və 63.4 bəndinin tələblərinə uyğun aparılır. Mühasibatlıqda uçot yazılışları aşağıdakı qaydada verilir:

Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri hesablanan zaman müxabirləşmələr həmin qaydalrın 63.5 bəndinə uyğun həyata keçirilir.

901 saylı hesabda mühasibat yazılışı nümunəsi

Tutaq ki, ABC MMC-nin hesabat ilinin sonunda mənfəəti 10000 manat olub. Mənfəət vergisi dərəcəsinin 20% olduğunu nəzərə alsaq mənfəət verigisi 2000 manat hesablanaraq ödəniləcək. Mühasibat yazılışları aşağıdakı kimi veriləcək.

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (manatla)
Müəssisənin mənfəət 801: “Ümumi mənfəət” 10000
Mənfəət üçün hesablanmış vergi 901: “Cari mənfəət vergisi üzrə xərclər” 521: “Vetgi öhdəliklər” 2000
Cari mənfəət vergisi üzrə xərc silinir 801: “Ümumi mənfəət”  901: “Cari mənfəət vergisi üzrə xərclər” 2000
 Xalis mənfəət əks olunur 801: “Ümumi mənfəət” 341 “Hesabat dövründə xalis mənfəət (zərər)”; 8000