Yeni vergi rejimində sahibkarlar iqtisadi artımda daha fəal iştirak etmək imkanı qazanacaqlar

posted in: Xəbər | 0

Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Millət vəkili Vüqar Bayramov Vergi Məcəlləsi-nə edilmiş dəyişikliklərlə bağlı açıqlamasında vergi güzəştlərinin tətbiqinin iqtisadiyyatın inkişafı baxımından çox vacib olduğunu vurğulayıb.

Əslində, bu, müvəqqəti tədbir kimi deyil, dövlətin sahibkarlara postpandemiya dövründə dəstəyi kimi xarakterizə olunmalıdır. Dövlət sahibkarlara yalnız güzəştli kreditlər və digər yardımlarla deyil, eləcə də təşviq paketi olaraq vergi dərəcələrinin endirilməsi ilə dəstək olur. Bu da, onların xərclərinin azaldılması və investisiya imkanlarının genişləndirilməsi baxımından vacibdir. Yeni vergi rejimində sahibkarlar daha az vergi ödəməklə xərclərinə qənaət edə biləcəklər.

Vergi Məcəlləsi-nə edilən son dəyişikliklər postpandemiya dövründə iqtisadi aktivliyin daha tez bərpa edilməsi və ümumi daxili məhsuldakı (ÜDM) pozitiv trendin qorunub saxlanması üçün əhəmiyyətlidir. 2020-ci ilin ilk 4 ayının yekunlarına əsasən, Azərbaycan ÜDM-dəki artım tempini qoruyub saxlaya bilib: ÜDM-də 0,2 faiz, qeyri-neft sektorunda 16 faiz artım qeydə alınıb. Beləliklə, Azərbaycan pandemiya dövründə iqtisadi artımı qoruyub saxlayan az sayda ölkələrdən biridir. Ona görə də güzəştlərin tətbiq edilməsi həm də postpandemiya dövrü üçün strateji yanaşmanı nümayiş etdirir.
Bir müddət öncə təsdiq edilən iqtisadi dəstək paketi sahibkarlara uzunmüddətli dövr üçün dəstəyi nəzərdə tutur. Bunlar onu deməyə əsas verir ki, sahibkarlar postpandemiya dövründə daha böyük dövlət dəstəyindən istifadə etməklə öz fəaliyyətlərini genişləndirmək və bununla da iqtisadi artımda daha fəal iştirak etmək imkanı qazanacaqlar.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *