Dövlət İmtahan Mərkəzi “Peşəkar mühasib sertifikatı” əldə etmək istəyənlər üçün SINAQ imtahanı keçirəcək

posted in: Xəbər | 0

“Peşəkar mühasib sertifikatı” əldə etmək istəyənlər üçün SINAQ imtahanı

Dövlət qulluğu, Peşəkar mühasib sertifikatı, Dövlət qulluğu, Dövlət qulluğuna qəbul,DİM imtahanlara hazırlaşan namizədlərə kömək məqsədi ilə imtahanın 1-ci mərhələsi – mühasibat uçotu üzrə əsas imtahan modelinə uyğun sınaq imtahanları təşkil edəcəkdir.

Məlum olduğu kimi, “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarına əsasən Peşəkar mühasib sertifikatının (PMS) verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçiriləcək.

İmtahanlar aşağıdakı sertifikat növlərinin verilməsi üçün keçiriləcəkdir:

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilmişdir. Namizədlər proqramlarla bu linkə daxil olaraq tanış ola bilərlər.

İmtahanlar 2 mərhələ üzrə keçiriləcəkdir: 1-ci mərhələ mühasibat uçotu, 2-ci mərhələ qanunvericilik üzrə test tapşırıqlarını əhatə edəcəkdir.

DİM imtahanlara hazırlaşan namizədlərə kömək məqsədi ilə imtahanın 1-ci mərhələsi – mühasibat uçotu üzrə əsas imtahan modelinə uyğun sınaq imtahanları təşkil edəcəkdir.

İlkin olaraq sınaq imtahanı İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS-i almaq istəyən namizədlər üçün keçiriləcəkdir.

Sınaq imtahanı ödənişlidir, iştirak haqqı 40 AZN-dir.

İmtahanın davametmə müddəti 3 saatdır və namizədə biliklərin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim ediləcəkdir.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyat 2021-ci il 22 yanvar – 08 fevral tarixlərində DİM-in internet səhifəsində aparılacaqdır.

Namizədlər DİM-in rəsmi internet səhifəsində bu linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Sınaq imtahanı 21 fevral 2021-ci il tarixində keçiriləcəkdir.

Diqqət: Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərarlardan asılı olaraq imtahan tarixi dəyişə bilər. Namizədlərə tövsiyə edilir ki, DİM-in rəsmi internet saytını müntəzəm olaraq izləsinlər.

İmtahan iştirakçıların sayı, mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq ya kağız daşıyıcılar vasitəsi ilə, ya xüsusi ayrılmış zallarda kompüter vasitəsi ilə elektron formada, ya da xüsusi yaradılmış proqram təminatı vasitəsilə proktorinq (proktorinq – distant video müşahidə və nəzarət qaydasında imtahanın təşkili formasıdır) qaydasında aparılacaqdır.

İmtahan kompüter vasitəsi ilə elektron formada aparılacağı təqdirdə Bakı şəhəri üzrə DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında və regionlar üzrə isə DİM-regional bölmələrinin yerləşdiyi binalarda keçiriləcəkdir (DİM-in regional bölmələrinin ünvanlarını dim.gov.az saytından öyrənə bilərsiniz).

İmtahan proktorinq qaydasında təşkil olunarsa, namizəd ev və ya ofis şəraitində fərdi kompüterindən (və ya notbukundan) istifadə edərək imtahan verəcək. Proqramın yüklənmə linki DİM-in saytında elan ediləcəkdir.

İmtahan kağız daşıyıcılar vasitəsi ilə aparılacağı təqdirdə namizəd buraxılış vərəqində göstərilən vaxtda və yerdə imtahanda iştirak etməlidir.

Qeydiyyat prosesi başa çatdıqdan sonra imtahanın hansı formada keçirilməsi barədə məlumat veriləcəkdir.

Mənbə: dim.gov.az


Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *