Dövlət qurumlarının məlumatları arasında fərqlərin yaranmasının əsas səbəbkarı vergi ödəyiciləridir

posted in: Xəbər | 0
birbank biznes

Vergilər Nazirliyi DGK hesabatlılıq“Azərbaycanda fermerlərin Kənd Təsərrüfatı və Vergilər nazirliklərinə, Dövlət Statistika Komitəsinə və Dövlət Gömrük Komitəsinə verdikləri rəqəmlər bir-biri ilə uyğunluq təşkil etmir”. (Dövlət qurumları)

Bunu jurnalistlərə açıqlamasında Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

O, bu barədə nazir Mikayıl Cabbarovun Vergilər Nazirliyi ilə Dövlət Statistika Komitəsinin rəqəmləri arasında 7 dəfəyə qədər fərqin olması ilə bağlı dediklərini şərh edərkən danışıb. S.Ələkbərovun sözlərinə görə, fərqin yaranmasının əsas səbəbkarı vergi ödəyiciləridir: “Kənd Təsərrüfatı Nazirliyinə yüksək rəqəmlər verirlər ki, oradan subsidiya, yardım alsınlar. Amma Vergilər Nazirliyinə hesabat verəndə aşağı rəqəmlər göstərirlər. Baxmayaraq ki, burada vergi yoxdur, sadəcə, vərdiş var. Dövlət Gömrük Komitəsinə isə başqa rəqəm göndərilir. Odur ki, şüurda dəyişiklik olmalıdır”.

Mənbə: report.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Dövlət qurumları
Print Friendly, PDF & Email