Qeyri-maddi aktivlərin təqdim edilməsində ƏDV

posted in: Xəbər | 0
birbank biznes

Vergi qanunvericiliyinə görə qeyri-maddi aktivlər nədir?

Qeyri-maddi aktivlərlə əməliyyatlarda ƏDV hesablamaları zamanı mühasiblər bəzən çətinliklərlə üzləşirlər. Bunun səbəbləri müxtəlifdir. Əvvəla, əlavə dəyər vergisi (ƏDV) haqlı olaraq Azərbaycan vergi qanunvericiliyi sistemində mürəkkəb sahələrdən biri hesab olunur. Digər səbəblər:

  • qeyri-maddi aktivlər anlayışının nəzəri əhatəsinin genişliyi;
  • ttətbiqinin praktikadakı müxtəlifliyi;
  • onun royaltidən düzgün ayrılmaması;
  • nəzəri məlumatlarla praktik tətbiqatlar arasında bəzi təzadlı görünən məqamlardır.

Vergi uçotu baxımından qeyri-maddi aktivlər (QMA) vergi ödəyicisi tərəfindən müstəqil şəkildə əldə edilmiş və ya yaradılmış təşkilatın əqli mülkiyyət obyektlərinə müstəsna hüquqlardır. Bu anlayışın şərhi Vergi Məcəllıəsinin 13.2.9. maddəsində verilib.

Qeyri-maddi aktivlər - intellektual, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlardır (VM, maddə 13.2.9)

 

Buna əsaslanıb deyə bilərik ki, belə aktiv elə bir hüquqdur ki:

  • tamamilə qeyri maddi formada da təzahür edə bilər;
  • varlığı maddiyatın olmasını zəruri etməz.

Amma bu hüquq öz təsdiqini kağız yaxud elektron daşıyıcıda hazırlanmış sənədlərdə  tapa bilər, yəni qismən maddiləşmiş formada ola bilər. Yəni qeyri maddi aktivlər bir hüquq kimi maddi olmasalar da, özlərini maddi təsdiq edici sənədlərdə ifadə edə bilərlər.

Qeyrimaddi aktivlər ƏDV obyekti kimi

İlk öncə qeyd edək ki, qeyri maddi aktiv əlavə dəyər vergisi məqsədləri üçün mal hesab olunmur (VM, maddə 13.2.8).

“Əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır.”

Məcəllənin digər maddəsi (VM, maddə 13.2.11) yuxarıda şadlanan üçlükdən (qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq) ikisini ƏDV məqsədləri üçün xidmət kimi istisna edir, yəni xidmət kimi qeyri maddi aktivə mülkiyyət hüququnun verilməsi istisna edilmir.

Eyni zamanda  ƏDV məqsədləri üçün  xidmətlərin göstərildiyi yeri müəyyən edən VM-nin 168-ci maddədə və xidmətləri alan şəxsin yerindən bəhs edən 168.1.5-ci maddədə sadalanan xidmətlər sırasında:

  • patent, lisenziya və ticarət markalarının;
  • müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi halları də qeyd edilib.

Bu qeyd edilənlərdən belə qənaətə gələ bilərik ki, qeyri maddi aktiv ümumən maldır, lakin onun mülkiyyətə verilməsi ƏDV məqsədi üçün mal deyil, xidmətdir. Məsələn, fonoqram yazısı olan kompakt disklər əmtəə kimi, fonoqramın özü QMA kimi ƏDV-yə cəlb edilir. Bu hal təşkilatın vergi yükü baxımından deyil, mühasibat və vergi uçotunun düzgün aparılması baxımından əhəmiyyətlidir.

Bu cür əməliyyatlar ƏDV bəyannaməsinin 3 saylı əlavəsinin 334-cü sətirdə“Qeyri-maddi aktivlər və torpaqlar üzrə təqdim edilmələr” – sətrində qeyd edilməlidir.

Nümunə 1: Sizə saytdan 1 illik istifadə hüququ verilib. Ödəniş edib, həmin müddət elektron resursdan edə bilərsiniz. Bu qeyri-maddi aktivin təqdim edilməsi deyil. Həmin sayt özü qeyri maddi aktivdir, mülkiyyətçisinə məxsusdur. Mülkiyyətçi aktivi sizə təqdim etməyib, sadəcə ondan müvəqqəti istifadə hüququ verib. Saytdan, yəni qeyri maddi aktivdən istifadə hüququnun verilmişi xidmət sayılır və ƏDV –yə cəlb edilir.  

Nümunə 2: Siz bir ticarət markasını almışınız, bu qeyri-maddi aktivin təqdim edilməsidir, amma mal kimi deyil, xidmət kimi (maddə 168.1.5). Odur ki, ƏDV obyektidir. 

Nümunə 3: Sizə sertifikatla birgə mal satılıb. Burada :

1. sertifikat ayrılıqda hansısa dəyərə malikdirsə qeyri-maddi aktiv üzərində mülkiyyət hüququnun verilməsidir və ƏDV vardır.

2. heç bir dəyərə malik olmayaraq, malın ayrılmaz tərkib hissəsidirsə yaxud mal ilə birgə müşayiət edilən ayrılıqda dəyərə malik deyilsə qeyri maddi deyildir və ƏDV yoxdur.

Vergi Məcəlləsinin 13.2.23-cü maddəsi başqa bir anlayışı – royaltini müəyyən edir. Bu anlayışların fərqi haqqında buradan ətraflı oxuya bilərsiniz.


Print Friendly, PDF & Email