Əlavə Dəyər Vergisi üzrə nəzəri və praktiki təlim

posted in: Vergi, Xəbər | 0

Əlavə Dəyər Vergisi (ƏDV) üzrə nəzəri və praktiki təlim

Təlim əlavə dəyər vergisinin Azərbaycan Respublikasının Vergi qanunvericiliyi, Vergi məcəlləsi və digər qanunvericilk aktları üzrə tənzimlənməsi qaydalarını, vergi məcəlləsində əlavə dəyər vergisi üzrə gözlənilən dəyişikləri, əlavə dəyər vergisi bəyannamələrin hazırlanmasını əhatə edir.
Həmçinin təlim əlavə dəyər vergisi ilə bağlı məsələlərin geniş və izahlı tədris edilməsi əsasında təşkil olunacaq. ƏDV ilə bağlı Vergi məcəlləsinin bütün maddələri geniş şəkildə praktiki izah ediləcəkdir.

Təlim mühasib və mühasib köməkçiləri, Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar imtahanlarda iştirak etmək istəyənlər üçün nəzərdə tutulmuşdur.


Təlimçi barədə:

Qənbərov Azər Oqtay oğlu

UNEC-də və Bakı Mühəndislik Universitetində «Vergilər və vergitutma», «Vergi inzibatçılığı», «Vergi Müqavilələri», «Vergi auditi», «Vergi planlaşdırılması», «Rəqəmsal iqtisadiyyat və vergiqoyma» fənlərini tədris edir.

Vergi qanunvericiliyinin tətbiqinə dair 50-dən artıq məqalənin müəllifidir.

Peşəkar Mühasib Sertifikat imtahanını hər iki sektor üzrə müvəfəqiyyətlə vermişdir.

Azərbaycanda ilk dəfə mənfəət vergisinin SAP ERP sistemində avtomatlaşdırılması və vergi uçotu ilə maya dəyərinin, gəlir və xərclərin uçotunun, eləcə də vergi registrlərinin düzgün formalaşması üzrə layihənin rəhbəridir.

Vergi auditi və daxili audit üzrə çoxillik təcrübəyə malikdir.


Təlim aşağıdakı mövzuları əhatə edəcəkdir:

ƏDV anlayışı
ƏDV ödəyiciləri
Məcburi və könüllü ƏDV qeydiyyatının aparılması və ləğv edilməsi
ƏDV qeydiyyatının ləğv edilməsi
ƏDV üzrə vergitutma obyektinin müəyyən edilməsi,
ƏDV üzrə vergi tutulan əməliyyatın dəyərinin müəyyən edilməsi,
ƏDV üzrə vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi halları
ƏDV-dən azad olan və ƏDV-yə “0” dərəcə ilə cəlb edilən əməliyyatlar
Vergi tutulan əməliyyatın vaxtının müəyyənləşdirilməsi
ƏDV üzrə vergi tutulan əməliyyatın yeri
Qeyri-rezidentin ƏDV-si üzrə vergi tutulan əməliyyatın vaxtı və dəyərinin müəyyən edilməsi
Agent üzrə aparılan əməliyyatlar
ƏDV-nin əvəzləşdirilməsi qaydaları
Artıq ödənilmiş ƏDV-nin qaytarılması qaydaları
ƏDV bəyannamələrinin doldurulması və əvəzləşmələrin aparılması
Əvəzləşdirilən ƏDV məbləğlərinin EFP proqram təminatı ilə yüklənməsi
Real keyslər, Testlər və Məsələlər

Proqramı yükləyin: ƏDV üzrə təlim

Başlama tarixi:  Şənbə günü / 09.10.2021.

Dərslərin keçirilmə vaxtı:  

Təlim həftədə 1 dəfə, hər dəfə 4 saat olmaqla (15 dəqiqəlik Fasilə ilə – Coffee break) keçirilir.

Saat: 15:00-dan 19:00-dək.

Təlimin müddəti: 20 saat (35 gün)

Təlimin Keçirilmə yeri: Caspian Plaza

Təlim Materialları: İştirakçılar hər bir dərs üzrə təlim materialları ilə təmin olunurlar.

Təlimin qiyməti: 200 manat

Təlimin ödəmə üsulu:  online

Aşağıdakı linkə daxil olmaqla qeydiyyatdan keçə bilərsiz: 
https://form.cubics.pro/form/ei6cgs7648kD5AM8K

Təlimə dair əlaqə üçün:

Telefon: (+994) 12 310 09 29

Mobil:    (+994) 50 225 81 05

Email: info@muhasibat.az

Veb səhifə: www.muhasibat.az


Təlimçi Azər Qəmbərov:

Print Friendly, PDF & Email