Elektron müraciət edərkən əməl olunmalı şərtlər

posted in: Xəbər | 0
birbank biznes

Elektron müraciət edərkən əməl olunmalı şərtlər


Elektron müraciət, online qeydiyyat, müavinət,Bu yazımızda evdə qalaraq bir sıra problemlərinin həlli üçün səlahiyyətli qurumlara müraciət etmək istəyən şəxslər üçün elektron müraciət barədə izah verəcəyik.

Qeyd edək ki, elektron müraciət – müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciətdir.

Elektron müraciət edərkən Siz səlahiyyətli qurumun yaxud məsul şəxsin rəsmi internet saytına müraciəti göndərməlisiniz.

Elektron müraciət həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir. Yaxud onun rəsmi internet saytına daxil edilir. Müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçt ünvanı göstərilməlidir.

Əgər Siz elektron sənəd formasında müraciət göndərirsinizsə, bu halda sənədin elektron imza ilə təsdiqlənməsi mütləqdir.

Elektron müraciətlərə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və ya Sizin xahişinizlə poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə elektron ünvanınız göstərilmədikdə müraciətə poçt vasitəsilə yazılı cavab verilir.

Əgər müraciətinizin baxılmamış saxlanmasını istəmirsinizsə, aşağıdakı şərtlərə əməl etməlisiniz:

– müraciət oxunaqlı, anlaşılan dildə, təhqirə və böhtana yol verilmədən yazılmalıdır.

– müraciətdə Sizi eyniləşdirmək üçün ad, soyad, ata adı, ünvan, əlaqə məlumatları mütləq qaydada göstərilməlidir.

– müraciət edərkən dəqiq məzmunu (ərizə, təklif, şikayət olmasını) qeyd etmək zəruridir.

– Müraciət edərkən cavab məktubunun hansı qaydada göndərilməsi xahiş edilə bilər.

Nəzərə almaq lazımdır ki, vətəndaş müraciətlərinə ilkin araşdırma zamanı 15 iş, əlavə araşdırma zamanı 30 iş günü, sorğu göndərilib öyrənilməsi əlavə vaxt tələb edən işlər üzrə əlavə 30 iş günü müddətində baxılır. Əgər müraciətiniz korrupsiya ilə əlaqdəar hallarla bağlıdırsa, 20 iş günü və əlavə 10 iş günü müddətində müraciətə baxılır.

Xatırlatmaq yerinə düşərdi ki, bir sıra qurumlarda əməkdaşların 30 günlük əmək haqqı saxlanmaqla ödənişsiz məzuniyyətə getməsini və son dövrlər baş verən prosesləri nəzərə alaraq müraciətin baxılması müddətinin dəyişəcəyinə anlayışla yanaşmaq lazımdır.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Müəllifin digər yazısı: Fövqəladə vəziyyət rejimi nədir? Hansı hallarda tətbiq edilir?


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Print Friendly, PDF & Email