Əlilliyi olan şəxslər üçün yeni layihə başlayıb

posted in: Xəbər | 0
birbank biznes

Əlilliyin müəyyən olunması, əmək müqaviləsinə xitam, əmək kitabçaları, əmək kitabçası, əmək kitabçalarının ləğvi, e-arayış xidməti, Pensiya kalkulyatoru, işsizlikdən sığorta fondu, Dövlət Məşğulluq Agentliyi, Kağız daşıyıcılarda hesabat, işəgörtürənlərə müraciət, ƏƏSMN, məşğulluğa dəstək tədbirləri, Sosial xərclər, Dövlət Əmək Müfəttişliyi Xidməti, sosial ödəmə, fərdi hesab, İşsizlikdən sığorta, Əmək Məcəlləsində dəyişikliklər, Əmək Məcəlləsi, ixtisar, Əmək müqaviləsi, əmək haqqı gəliri,“Son illərdə əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların müavinət və təqaüdlərinin artırılması istiqamətində mühüm addımlar atılıb. Eyni zamanda, əlilliyi olan şəxslərin reabilitasiya imkanlarının artırılması sahəsində ardıcıl işlər aparılır”.

Bunu “PAŞA Bank ilə başla” layihəsinin təqdimatında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev bildirib. Onun sözlərinə görə, son iki ildə və bu ilin ötən dövründə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Ölkədə müasir reabilitasiya sistemi yaradılıb: “Əlilliyi olan şəxslərin istedad və qabiliyyətlərini nümayiş etdirmələrinə də şərait yaradılır. Korporativ sosial məsuliyyət strategiyası çərçivəsində “PAŞA Bank ilə başla” adlı yeni layihə əlilliyi olan insanların məşğulluq imkanlarının artırılmasına mühüm dəstəkdir. Layihə vasitəsilə əlilliyi olan şəxslərə təlimlərin keçirilməsi yolu ilə onların bilik və bacarıqlarının artırılmasına, cəmiyyətə inteqrasiyasına və işlə təminatına dəstək göstərilməsi təmin olunacaq. ƏƏSMN və ADA Universiteti tərəfindən də layihəyə təşkilati dəstək veriləcək”.

PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov isə bildirib ki, “PAŞA Bank ilə başla” layihəsində qazilər də iştirak edə bilər: ““PAŞA Bank ilə başla” layihəsinin nəticələri əsasında sırf onlara aid proqramı həyata keçirmək istəyirik. Layihənin nəticələri əsasında addımlarımızı atacağıq. Layihənin əsas hədəflərindən birinin əlilliyi olan şəxslər üçün daha əlverişli imkanların yaradılmasıdır. Əsas məqsədimiz ölkəmizin iqtisadiyyatının inkişafına, cəmiyyətin sosial rifahının artırılmasına dəstək verməkdir”.

PAŞA Bank ilə başla” layihəsi bir neçə mərhələdən ibarət olacaq. İlkin mərhələdə müraciətlərin qəbulu və müvafiq namizədlərin seçilməsi nəzərdə tutulub. Növbəti mərhələdə mütəxəssislər tərəfindən seçilmiş mövzular və sahələr üzrə təlimlərin keçirilməsi planlaşdırılıb. Layihənin sonuncu mərhələsində isə iştirakçıların işlə təmin olunmasına yardım ediləcək. Layihəyə iyulun 31-dək müraciət etmək mümkündür. 100 nəfər şəxs münsiflər heyəti tərəfindən seçiləcək və həftədə bir neçə dəfə təlimlər olacaq.

Tədbir zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “PAŞA Bank” ASC və ADA Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu da imzalanıb. Layihədə iştirak etmək istəyən şəxslər https://pashabankilebashla.az/form/ keçidə daxil olaraq müvafiq sorğu blankını doldurmalı və qeydiyyatdan keçməlidir.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email