Məzuniyyət haqqı hesablanması zamanı nəzərə alınan əmək haqları

posted in: Xəbər | 1

Məzuniyyət vaxtı saxlanılan əmək haqqı

Məzuniyyət işlədiyi iş yeri, vəzifəsi saxlanılmaqla işçinin iş günləri ərzində müvəqqəti olaraq işdən uzaqlaşmasıdır. Həmin müddətdə Əmək Məcəlləsinə uyğun olaraq işçiyə orta əmək haqqı verilir, bu onun qanunvericiliklə müəyyən olunmuş hüquqi təminatlarından biridir (ƏM, maddə 111). İşəgötürən işçiyə müxtəlif ödənişlər edilə bilər. Bəs məzuniyyət hesablanması zamanı nəzərə alınan ödənişlər hansılardır? İşçinin məzuniyyət haqqının hesablanmasi orta əmək haqqı əsasında aparılır.

Əmək haqqı – iş vaxtı  ərzində işçilərin müqavilə üzrə yerinə yetirdikləri  vəzifə və öhdəliklərə görə işəgötürən tərəfindən onlara ödənilən məbləğdir. Əmək funksiyasını lazımi şəkildə yerinə yetirmək işçinin vəzifəsi olduğu kimi, işləyən şəxsin əməyinin ödənilməsi də işəgötürənin vəzifəsidir. Bu məbləğin işçiyə pul, yaxud natura formasında ödənilməsi mümkündür. Həm gündəlik, həm də aylıq olaraq təyin edilən həmin məbləğə mükafatlar, habelə digər ödəmələr də əlavə edilə bilər. Bütün bunlar məzuniyyət hesablanması zamanı nəzərə alınan ödənişlərin tərkibinə daxil edilir.

Məzuniyyət hesablanması zamanı orta əmək haqqının tapılması

Hər bir işçi il ərzində bir dəfədən az olmayaraq məzuniyyətlə təmin edilməlidir. Məlumdur ki, ilk iş ilində işçinin bu hüquqdan istifadəsi üçün 6 ay iş stajının olması zəruridir. Növbəti illərdə isə istənilən vaxt, yəni məzuniyyətlərin növbəlilik cədvəllərində nəzərdə tutulan vaxtda təyini mümkündür. Onun hansı ildə verilməsindən asılı olmayaraq işçilərə mezuniyyet haqqinin hesablanmasi aparılır. Məzuniyyət haqqının hesablanması zamanı məzuniyyətə çıxılan aydan  əvvəlki 12 ayın əmək haqqısı əsas götürülür. İşçinin işlədiyi müddət 12 aydan az olduqda, hesablama onun faktiki işdə olduğu aylar üzrə aparılır. Bu zaman ilk növbədə məzuniyyət hesablanması zamanı nəzərə alınan ödənişlər müəyyən edilir. AR ƏM-nin 140-cı maddəsinə əsasən orta əmək haqqının təyini zamanı aşağıdakı qaydadan istifadə olunur:

(12 ayın gəliri ) / 12 ay  / 30,4 əmsalı.

Məzuniyyət haqqının hesablanmasi üçün bu üsulla bir günə düşən məbləğ tapılır və məzuniyyət günlərinin sayına vurulur. Beləliklə, məzuniyyət üçün işçilərə verilən orta əmək haqqı hesablanmış olur.

Nümunə 1: “Merkur” MMC-də çalışan işçi 01.11.2020 tarixdə 30 günlükməzuniyyət götürür. İşçinin aylıq gəliri 700 manatdır. İşçiyə həmin ilin iyul ayında 300 manatmükafat hesablanılıb. Mezuniyyet haqqinin hesablanmasi belə olacaqdır:

((700 x 12 ay) + 300) / 12 = 725 / 30,4 = 23,84 x 30 = 715,2 manat

Yuxarıdakı nümunədə 300 manat mükafat məbləği AR Nazirlər Kabinetinin uyğun qərarına əsasən məzuniyyət hesablanması zamanı nəzərə alınan ödənişlər sırasına aid edilib. Qərarın tam mətni ilə buradan tanış olmaq olar.

Məzuniyyət hesablanmasında istifadə olunan əmək haqqı növləri

Məzuniyyət vaxtı üçün işçinin orta əmək haqqı hesablanmasında istifadə edilən qazanclarını iki qrupa ayırmaq olar (ƏM, maddə 139):

  • hesablamada nəzərə alınanlar;
  • hesablamada nəzərə alınmayanlar.

Hər iki qrupa daxil olan ödənişlərin siyahısı AR NK-nın yuxarıda qeyd edilən qərarına bir saylı əlavə ilə tənzimlənir.

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması və ödənilməsi qaydası AR ƏM-nin 140-cı maddəsində şərh olunub.

Məzuniyyət hesablanması zamanı nəzərə alınan ödənişlər hansılardır?

Bu qrupa aşağıdakılar aiddir:

  • faktiki işlənən müddətə görə  vəzifə maaşı;
  • kollektiv və fərdi mükafatlar;
  • kompensasiyalar,  həvəsləndirmə məqsədilə verilən  daimi əlavələr;
  • uşaqları yedizdirməyə görə verilmiş fasilənin ödənməsi;
  • susuz,  yüksək dağlıq yerlərdə təyin olunan əlavə ödənişlər;
  • iş saatından artıq müddətdə icra olunan işlərin  ödənişi;
  • istirahət, səsvermə, bayram, ümumxalq hüzn günlərindəki  iş saatına  görə ödənişlər;
  • iş qabiliyyəti müvəqqəti itirildikdə təyin edilən müavinətlər;
  • müvəqqəti əvəzetmə üçün ödəmə;
  • işin məcburi buraxılması halında ödəmələr;
  • ədəbi işçilərin qonorarı;
  • fondların təyin etdiyi  qonorarlar, müəllifliyə görə qonorar;
  • əmək, təhsil, yaradıcılıq məzuniyyətlərində saxlanan  əmək haqqı və s.

Nəzərə alınmayan ödənişlər

Mezuniyyet haqqinin hesablanmasi prosesində nəzərə alənmayan ödənişlərin tərkibi aşağıdakı kimidir:

  • birdəfəlik  əlavə mükafatlar, həvəsləndiriçi ödənişlər;
  • vəzifədən kənar tapşırıqların icrasına görə ödəmələr;
  • maddi yardımlar;
  • ezamiyyə üçün ödəmələr;
  • yarış, müsabiqə üçün pul mükafatları;
  • işdən ayrılmaqla təhsil üçün göndərilən işçilərə verilən odəmələr;
  • digər əraziyə iş yerdəyişməsi olduqda daşınma xərcləri, kirayə üçün ödəmələr;
  • məzuniyyətlərə görə kompensasiyalar və s.

Məcəlləsinin 139.2 maddəsində qeyd edilən məzuniyyət hesablanması zamanı nəzərə alınan ödənişlər və nəzərə alınmayan qazancların siyahısını, həmçinin əmək haqqının əmsallaşdırma qaydalarını müəyyən edən müvafiq icra hakimiyyəti orqanı AR Nazirlər Kabinetidir.


Print Friendly, PDF & Email

  1. Tutu
    |

    salam bağışayın narahat edirəm işçinin mezuniyyeti 21 gün olduğu teqdirde mühasib 30 gün mezuniyyet veribse və qanunnan 21 gün olduğu bilinibsə bu barədə qanun necə tənzim olunur?