Əmək kitabçasının forması və tərtibi Qaydalarında kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

 

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 602
Bakı şəhəri, 28 dekabr 2017-ci il
“İşçilərin əmək kitabçasının forması və onun tərtibi
Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli
qərarında dəyişikliklər edilməsi haqqında

 

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2a bəndində aşağıdakı dəyişikliklər edilsin:
1.1. ikinci abzasda “işsizlik müavinətləri alanlar üçün isə işsizlik müavinətinin ödənilməsinin başlanması, dayandırılması və başa çatdırılması” sözləri “işsizlikdən sığorta ödənişi alanlar üçün isə sığorta ödənişinin başlanması və dayandırılması” sözləri ilə əvəz edilsin;
1.2. üçüncü abzasda “işsizlik müavinəti alanlar üçün isə – müavinətin təyin edilməsi, ödənilməsinin dayandırılması və başa çatması” sözləri “işsizlikdən sığorta ödənişi alanlar üçün isə – sığorta ödənişinin təyin edilməsi və ödənilməsinin dayandırılması” sözləri ilə əvəz edilsin.
2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri                                                                     Artur Rasi-zadə

 

Mənbə: www.cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email