Əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində ciddi tədbirlər görülür

posted in: Xəbər | 0
birbank biznes

əmək münasibətləri, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov ölkənin əmək bazarındakı vəziyyətini şərh edib. Onun sözlərinə görə, Vergi Məcəlləsinə edilən dəyişikliklərdə əmək bazarında işçi-işəgötürən münasibətlərinin rəsmiləşdirilməsi və qeyri-rəsmi əmək bazarının ləğvinə yönələn tədbirlərə də yer verilib: “Bunlar administrativ cəza tədbirləri yox, əsasən stimullaşdırıcı addımlardır. Özəl sektorda aylıq əməkhaqqı 8.000 manata qədər olan vətəndaşlar 7 il müddətində gəlir vergisindən azad edilib ki, bu da özəl sektorda çalışanların mütləq əksəriyyətini əhatə edir. (Əmək münasibətləri, Əmək münasibətlərinin şəffaflaşdırılması)

Sosial sığorta ödənişlərinin işçi və işəgötürən arasındakı nisbəti də dəyişdirilib. Bütün bu tədbirlərin faydasını görürük. 2019-cu ildə 150 mindən çox əmək müqaviləsi imzalanıb. Hesab edirəm ki, bunların əksəriyyəti yeni yox, “ağardılan” əmək müqavilələridir. İşəgötürənlər mülki müqavilə əsasında, eləcə də qeyri-leqal işlətdikləri işçilərlə rəsmi əmək müqaviləsi bağladılar.

Lakin bütün bu müsbət nəticələr əmək bazarında vəziyyətin tam düzəlməsi, qeyri-rəsmi əmək bazarının həcminin əhəmiyyətli dərəcədə kiçilməsi demək deyil. Bu sahədə hələ də ciddi problemlər qalmaqdadır. İkili mühasibat aparan, əmək müqaviləsi olmadan maaşların “cibdən cibə” ödənildiyi sahibkarlıq subyektləri mövcuddur.

Bu cür hallar ədalətli rəqabət mühitinin pozulmasına şərait yaradır. İşçisi ilə rəsmi əmək müqaviləsi bağlamayan sahibkar sosial sığorta haqqı ödəmir, nəticədə onun istehsal etdiyi məhsulun maya dəyəri aşağı düşür, qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərən vicdanlı sahibkarın isə istehsal etdiyi məhsulun maya dəyəri yüksək olur. Bu sahədəki neqativ halların aradan qaldırılması üçün daha ciddi tədbirlər görülməlidir”.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Əmək münasibətləri, Əmək münasibətlərinin şəffaflaşdırılması
Print Friendly, PDF & Email