Azərbaycanda əmək müqavilələrinin sayı artıb

posted in: Xəbər | 0

əmək müqavilələrinin sayı, müqavilə şərtləri, icarə müqaviləsi, Maddi məsuliyyət müqaviləsi, Əvəzçilik qaydasında əmək müqaviləsi, əmək müqaviləsi, xidməti müqavilələrin bağlanması, müddətli əmək müqaviləsi,Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 353,4 min vahid artaraq bu il avqustun 1-nə 1 755,4 minə çatıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu illər ərzində qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 329,4 min vahid artaraq 870 minə yaxın olub.

“4 ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Artım Dövlət Vergi Xidmətinin iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsidir”, – deyə məlumatda qeyd olunub.

Mühasibat xidmətləri

Mənbə: report.az