Əmək müqaviləsinə bu maddə ilə xitam verilərkən müavinətdən tutulmalar olmalıdır?

posted in: Xəbər | 0
birbank biznes

emek muqavilesi şirkət İcbari sığorta Əmək müqaviləsiSual: Əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70 “a” (ləğv etmə) bəndi ilə xitam verilərkən ödənilən İşdənçıxma müavinəti vergi, sosial sığorta və 0.5 % işsizlik tutumuna cəlb olunurmu? (Əmək müqaviləsinə xitam)

Cavab: Əmək Məcəlləsinə müvafiq ödənilən təminatların gəlir vergisindən azad edilməsi Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində yalnız işçilərin sayı və ya ştatların ixtisar edildiyi hallara şamil edildiyindən, həmin vergi güzəştinin müəssisə ləğv edildiyi zaman işçiyə ödənilən müavinətlərə tətbiq edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır və ümumi qaydada gəlir vergisinə cəlb olunur.

Müəssisənin ləğvi ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər məcburi dovlət sosial sığorta və işsizlikdən sığorta haqqına cəlb edilmir.

Əsas: Vergi Məcəlləsinin 98.1-ci və 102.1.4-cü maddələri, Əmək Məcəlləsinin 70-ci və 77-ci maddələri.

Mənbə: taxes.gov.az

Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
(Əmək müqaviləsinə xitam)
Print Friendly, PDF & Email