Vebinarın adı: Əməkhaqqı və Həyatın yaşam sığortası ilə bağlı müxabirləşmələr (Köhnə və yeni hesablar planı ilə)
03 Oktyabr tarixində təşkil edilən vebinarı izləmək üçün keçid edin: https://youtu.be/p713lGJqotE
Vebinarın proqramı:
- Əməkhaqqı ilə bağlı mühasibat uçotunun qurulması;
- İşçinin əməkhaqqısından tutulan və işəgötürən tərəfindən ödənilən işsizlik sığortası, icbari tibbi sığorta, DSMF-na köçürülən sosial sığorta haqları və onların müxabirləşmələri;
- Həyatın yaşam sığortası uçotunun aparılması.
Təlimçi: Salman Əbdülrzazadə
İqtisad Universitetində “Biznesin idarə edilməsi və təşkili” ixtisası üzrə bakalavr, Türkiyənin Selçuk Üniversitetində “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda Selçuk Üniversitetində “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.
2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat fənnini tədris edir. Azərbaycan Mühasiblər Məktəbinin direktoru və peşəkar təlimçisidir. Eyni zamanda mühasibat uçotu və vergi sahəsində fəaliyyət göstərən “Accounting.Az” konsaltinq şirkətində layihə rəhbəri olaraq fəaliyyət göstərir. 500-dən çox mühasibin ixtisaslaşmasında yaxından iştirak etmişdir.
Əlaqə:
