Müəssisəyə məxsus əmlakın üçüncü şəxsə bağışlanması zamanı hansı vergi öhdəliyi yaranır?

posted in: Xəbər | 0
birbank biznes

əmlakın bağışlanması,Hüquqi şəxsin adına daşınmaz əmlak var. Təsisçi bir nəfərdir, həmin əmlakı ailə üzvünə və ya digər şəxsə bağışlamaq istəyir. Bu, qanunla necə tənzimlənir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, hüquqi şəxsin mülkiyyətində olan daşınmaz əmlakın hər hansı fiziki və ya hüquqi şəxsə bağışlanılması ilə bağlı vergi qanunvericiliyində məhdudiyyət nəzərdə tutulmamışdır.

Bununla yanaşı, müəssisənin adından təsisçi tərəfindən bağışlama müqaviləsi əsasında müəssisəyə məxsus daşınmaz əmlakın üçüncü şəxsə bağışlanması aktivlərin əvəzsiz əsasla təqdim edilməsi hesab edilməklə mənfəət vergisinin və ƏDV-nin vergitutma obyektini yaradır.

Belə ki, aktivlərini əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxsin gəliri təqdim edilən aktivin bazar qiyməti və onun Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir.

Qeyd olunan əməliyyatın sənədləşdirilməsi haqda məlumatı aidiyyəti üzrə notariat ofislərinə müraciət edərək əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 142-ci, 143-cü və 159-cu maddələri.

Mənbə: vergiler.az


Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxsin hansı vergi öhdəliyi yaranır?


Print Friendly, PDF & Email