fbpx

Əvvəlki illərin məzuniyyəti hesablanarkən 200 manat güzəşt hər bir il üçün hesablanmalıdır?

posted in: Xəbər | 1
birbank biznes

qeyri-rezident vergi öhdəliyiSual: Bir işçi bu ay işdən çıxıb. Onun cari ildən 1 gün, əvvəlki illərdən 30 gün məzuniyyət qalıb. Bu ay üçün də 12 iş günü işləyib. Bu məbləğlərin 3-ü də ayrı-ayrılıqda hesablanıb və vergiyə cəlb olunub. Yəni hər birindən ayrı ayrılıqda 200 manat çıxılıb hesablama üçün. Sualım o idi ki, bu düzgündür, yoxsa 200 manat 1 dəfə ümumi məbləğdən çıxılmalıdır? (mezuniyyet)

Cavab: Bildiririk ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir.

Eyni zamanda gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilən 200 manat çıxılır.

Mənbə: taxes.gov.az



məzuniyyət, mezuniyyet
Print Friendly, PDF & Email

  1. Aygün Şükürova
    |

    Bu cavab nə dərəcə düzgündür?
    Vergi məcəlləsinin 102.1.6 cı maddəsində deyir ki, fiziki şəxsin əsas iş yerində hər hansı muzdlu işdən əldə edilən AYLIQ gəliri 2500.00 manatadək olduqda 200 manat gəlir vergisindən azadolma hüququ vardır.
    Bu halda işçi keçmiş aylarda işləyib və hər ay əmək haqqı alıb, əmək haqqı alırsa deməli aldığı əmək haqqısına da həmin aylarda gəlir vergisindən azad olma tətbiq edilib. Yəni işçi gəlir vergisindən azadolma hüququndan artıq istifadə etmişdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!