Excel-də başqa səhifədəki xananı necə izləməli?
Excel-in ən gözəl imkanlarından biri də Watch Window-dur. Fərz edək ki, hər hansı bir səhifədə müəyyən dəyərləri dəyişərək eksperiment aparırıq, lakin bu dəyişikliklər başqa bir səhifəyə də təsir edir, başqa səhifədəki xananı da dəyişir. Hər dəfə dəyişiklik etdikdən sonra həmin səhifəyə gedib həmin xanaya baxmaq əvəzinə, olduğumuz səhifədə qalmağa davam edərək Watch Window vasitəsilə digər səhifədəki xananı müşahidə edə bilərik.
Bunun üçün Formulas menusundan Watch Window ikonuna klikləmək kifayətdir.
Qarşımıza belə bir qutu çıxacaqdır.
İzləmək istədiyimiz xananı Add Watch ikonuna klikləyərək əlavə edə bilərik. Bu zaman, nəticəsini görmək istədiyimiz xananın üzərinə gedib, onu klikləməyimiz yetərli olacaqdır.
Screenshot-da gördüyümüz xana – EOMONTH adlı sheet-də yer alan C9 xanasıdır. Add düyməsini kliklədikdən sonra izlədiyimiz xananı əlavə etmiş oluruq.
- İzlənilən xananın yer aldığı faylın adı
- İzlənilən xananın yer aldığı sheet-in adı
- Xananın özü
- İzlənilən xanadakı mövcud nəticə
- İzlənilən xanadakı formul
Və biz C9 xanasının bağlı olduğu istənilən xanadakı dəyəri dəyişdikdə burdakı nəticə də avtomatik dəyişəcəkdir.
İzləmək üçün çox sayıda xana əlavə etmənin mümkünlüyünü də qeyd etmək istərdim. Add Watch üzərinə klikləyərək eyni əməliyyatı istədiyimiz qədər təkrar edə bilərik.
Aktuallığını itirmiş xananı silmək üçün isə Add Watch ikonunun yanındakı Delete Watch ikonundan faydalanacağıq.
Müəllif: Elçin Xəlilov