Xidmətin adı: Fiziki şəxsin uçot məlumatlarının online dəyişdirilməsi
Xidmətin göstərilməsi üçün tələb olunanlar: – VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza
Bax: Fiziki şəxsin vergi uçotu məlumatlarının dəyişdirilməsi
Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:
– VM-nin 33, 34-cü maddələri
– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri
– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”
– VN Kollegiyasının 07.10.2013-cü il tarixli 1317050000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi”
elektron xidməti üzrə inzibati reqlament”
Bax: İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin uçot məlumatlarının dəyişdirilməsi
Xidmətin göstərildiyi yer: İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)
Müraciəti emal edən struktur vahidi:
VN-nin
Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi
İcra müddəti: Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)
Xidmətin nəticəsində təqdim edilən sənədlər: – ərizənin icraya qəbul edilməsi barədə bildiriş
Elektronlaşdırma səviyyəsi:
Tam elektronlaşıb
(əlaqə məlumatlarının və fəaliyyət növlərinin dəyişdirilməsi üzrə)
Mənbə: taxes.gov.az