Fiziki şəxslərin kreditləri üzrə Əlavə dəstəkləyici tədbirlər nədir? (Tədbirlər Planından irəli gələrək)

posted in: Xəbər | 0
birbank biznes

Vakansiya: Kredit mütəxəssisi, ezamiyyə xərcləri İş adamları kreditlər vakansiya biznes krediti İş adamlarıFiziki şəxslərin kreditləri üzrə Əlavə dəstəkləyici tədbirlər nədir? (Tədbirlər Planından irəli gələrək)

Bu yazımızda Azərbaycan Respublikası Prezidentinin 19.03.2020-ci il tarixli koronavirusla mübarizə ilə əlaqədar sərəncamından irəli gələrək 23.04.2020-ci il tarixdə Mərkəzi Bankın qərarı ilə təsdiq edilmiş əlavə dəstəkləyici tədbirlər barədə məlumat verməyə çalışacağıq.

Qeyd edək ki, bu tədbirlər dövlətin ölkə əhalisinə və sahibkarlığa verdiyi dəstəyi əks etdirən mütərəqqi addımlardan daha biridir.

Sahibkar olmayan fiziki şəxslərlə bağlı

1) İpoteka və Kredit Zəmanəti Fondunun vəsaitləri hesabına 01.03.2020-ci il tarixə alınmış kreditlərə münasibətdə

a) keyfiyyəti qənaətbəxş ipoteka krediti olan 23 min şəxsin müraciətinə və Fondun razılığına əsasən kreditlər 30.09.20-ci il tarixinədək restrukturizasiya olunacaq.

b) restrukturizasiya olunmuş belə kreditlərin 30.09.20-ci ilədək keyfiyyəti pisləşdirilməyəcək. Daha dəqiq desək kreditlərin keyfiyyətinin qənaətbəxş sayılması üçün tədbirlər görüləcək.

2) biznes və ya istehlak təyinatlı krediti olanlar əsas və ya faiz borclarını tam yaxud qismən gecikdirərsə, kredit təşkilatları tərəfindən 30.09.20-ci il tarixədək borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması banklara tövsiyə olunacaq, bu halda kredit tarixçəsi də pisləşdirilməyəcək. Qeyd edilir ki, bu müddət ərzində əsas borc üzrə faizlər kredit təşkilatları tərəfindən hesablanacaq deyə bu məbləğin ödənilməsi məqsədəuyğundur.

3) 01.03.20-ci il tarixinə vəziyyəti qənaətbəxş olsa da, 30.09.20-ci il tarixədək pandemiya ilə əlaqədar kredit borcunu gecikdirənlər barədə Kredit Bürosuna məlumatların kredit tarixçəsinin pisləşdirilməməsi barədə xüsusi qeydlə göndərilməsi nəzərdə tutulur.

Bu tədbirlərlə əlaqədar Mərkəzi Bank tərəfindən banklar üzrə məcmu kapital tələbinin 2020-ci ilin sonunadək 1%, bankların vəsaitləri hesabına ipoteka kreditləşməsini stimullaşdırmaq məqsədilə bu növ kreditlər üzrə risk dərəcələrinin isə 100%-dən 50%-dək azaldılması barədə qərar qəbul edilmişdir.


Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email