“Fövqəladə vəziyyət haqqında” qanunun icrası ilə bağlı fərmana dəyişiklik edildi

posted in: Xəbər | 0
birbank biznes

sahibkarlar, vergi güzəştləri, Vergidən yayınmaq, maliyyə dəstəyi, vergi güzəşti,Prezident İlham Əliyev “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 175 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Dəyişikliyə əsasən, fövqəladə vəziyyət rejimini təmin etmək üçün Fövqəladə Hallar Nazirliyinin də qüvvə və vasitələrindən istifadə olunacaq.

Beləliklə, həmin qanunun 11-ci, 15.1-ci və 28-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın və 12.2.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və Dövlət Sərhəd Xidməti öz səlahiyyətləri daxilində həyata keçirəcəklər.

Qanunda göstərilib ki, müvafiq icra hakimiyyəti orqanlarının qüvvə və vasitələri müvafiq icra hakimiyyəti orqanının qüvvələri tərkibində fövqəladə vəziyyətin tətbiq edilməsi üçün əsas olmuş halların aradan qaldırılmasında və insanların həyatının xilas edilməsində iştirak edilməsi məqsədilə cəlb olunur.


“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 175 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 175 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 9; 2017, № 12, maddə 2303) 1.3-cü bəndinə “Daxili İşlər Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 mart 2020-ci il.

Mənbə: president.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Print Friendly, PDF & Email