2025-ci ilin mükafatı işçiyə 2026-cı ilin fevral ayında ödənilərsə, gəlir vergisi üzrə tutulmalar 2025-ci ilin, yoxsa 2026-cı ilin qanunvericiliyinə əsasən tutulmalıdır?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci ilə aid olan mükafat işçiyə 2026-cı ilin fevral ayında ödənildiyi halda, həmin mükafat üzrə gəlir vergisi tutulmaları 2026-cı ildə qüvvədə olan vergi qanunvericiliyinə əsasən aparılmalıdır. Belə ki, Vergi Məcəlləsinə əsasən, gəlir vergisi üzrə vergitutma obyekti gəlirin faktiki əldə edildiyi tarixdə formalaşır. Bu zaman gəlirin hansı dövrə aid olması deyil, işçiyə faktiki olaraq ödənildiyi (verildiyi) tarix əsas götürülür.
Bu baxımdan, mükafat 2025-ci ilə aid olsa da ödəniş 2026-cı ilin fevral ayında həyata keçirildiyindən, həmin gəlir 2026-cı ildə əldə edilmiş gəlir hesab olunur və gəlir vergisi üzrə tutulmalar 2026-cı ilin qanunvericiliyinə uyğun qaydada aparılır.
Mənbə: vergiler.az
