Gömrük rəsmiləşdirilməsi zamanı saxta sənədlərin təqdim olunması halları müşahidə edilir

posted in: Xəbər | 0

Gömrük rəsmiləşdirilməsi“Xarici ticarətlə məşğul olan şəxslər arasında aparılan davamlı maarifləndirmə işinə baxmayaraq, hələ də qaçaqmalçılıq və yaxud qanunsuz yollarla ölkə ərazisinə mal keçirilməsinə dair, gətirilən mallar haqqında məlumatların təhrif olunmasına çoxsaylı cəhdlər, eləcə də idxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı saxta sənədlərin təqdim olunması halları müşahidə edilir”.

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin təşkili Baş İdarəsinin rəisi Şahin Ələsgərov Qusarda Komitənin jurnalistlər üçün təşkil etdiyi “Gömrük islahatları və Modernləşdirmə” mövzusunda keçirilən seminarda bildirib.

Onun sözlərinə görə, bu kimi halların qarşısının alınması məqsədi ilə artıq müvafiq işlər görülüb: “Bu tədbirlər davam etdiriləcək. Biz xarici ticarətlə məşğul olan şəxsləri gömrük qanunvericiliyinə riayət etməklə idxal və ya ixrac etdikləri mallar barədə düzgün məlumatları bəyan etməyə çağırırıq,” –  gömrük rəsmisi bildirib.

O qeyd edib ki, gətirdiyi malların çeşidi, sayı, texniki göstəriciləri və dəyəri barədə düzgün məlumat verməyən şəxslərlə bağlı ciddi cəza tədbirləri görüləcək.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

 

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *