Exceldə gündəlik “ToDo List” şablonu

posted in: Excel, Xəbər | 0

Gündəlik iş və vəzifələrinizi rahatlıqla izləmək üçün, aşağıdakı Excel formundan istifadə edə bilərsiniz. Buna gündəlik ToDo List də deyə bilərsiniz. İnterfeysi aşağıdakı kimidir:

ToDo List

Əvvəlcə faylı yükləyin: Daily To Do List-2018
Bax: Qovluqdakı faylların adlarından ibarət Excel cədvəlinin hazırlanması

Faylın ən gözəl xüsusiyyəti – siz bunu özünüzə uyğun çox rahat bir şəkildə formalaşdıra bilərsiniz, fayldakı bütün formul və şərti formatlamalar avtomatik sizə uyğunlaşacaqdır. Bunun üçün fayldakı Input səhifəsinə gedib, öncə Təsərrüfat Təqvimini yeniləyirsiniz (2018-ci ili mən əlavə etmişəm).

ToDo List

Biznes hesabi

Vacib Qeyd: Tarixləri düzgün formatladığınızdan əmin olun, yoxsa fayl işləməyəcək.

Daha sonra, gündəlik/həftəlik/aylıq/kvartallıq işlərinizi planlaşdırın. Aşağıdakı kimi:

ToDo List

Gördüyünüz işin təsviri (Reports), işin görülmə intervalı (Periodicity) və hansı biznes sahəsinə aidiyyatını (Business Area) qeyd edin. Bu siyahıda 11 fərqli iş olmasına baxmayaraq, siz istədiyiniz qədər uzada bilərsiniz.

Bax: Exceldə 0-dan necə diaqram qurmalı?
Daha sonra əsas səhifəyə gəlib, sətir (ToDo list) və sütunları (Tarixlər) kopyalayıb yapışdırırsınız. Hər xana formul ilə tənzimlənir.

Siyahınız yekunlaşdıqdan sonra, müvafiq xanalara “x” (görüləcək işləri təmsil edir) və “ok”(işin görüldüyünü ifadə edəcək) yazmaqla ToDo Listinizi idarə edəcəksiniz. Görüləcək işlər qırmızıgörülən işlər isə yaşıl ilə avtomatik formatlanacaqdır.

Müəllif: Elçin Xəlilov

Mühasibat sahəsində ən son Excel yeniliklərini və mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.