Hansı biznes virus səbəbiylə sıradan çıxacaq? (2-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Hansı biznes sıradan çıxacaq,Hansı biznes sıradan çıxacaq? (2-ci hissə)

1-ci hissəni oxumaq üçün keçidə daxil olun

Unikal böhran iqtisadiyyatın strukturunu yenidən quracaq: bir seqmenti öldürəcək, digərini isə yaradacaq. Yeni dünyada hansı biznes və peşələrə tələbat olacaq və hansı bizneslər tükənmək təhlükəsi altında qalacaq?

Gələcək dəyişikliklərin başqa bir səbəbi insanların karantin zamanı istehlak qaydalarını dəyişdirmələri olacaq. “İndi müşahidə etdiyimiz ən maraqlı fenomen insanların ehtiyaclarının kəskin azalmasıdır, həm də bu, təkcə Rusiyada baş vermir, –  “Ankor” şirkətinin vitse-prezidenti Aleksey Mironov belə deyir. – Karantin, nə qədər mal və xidmət olmadan sakitcə yaşaya biləcəyimizi əyani şəkildə göstərdi. Bu dərketmənin bütövlükdə iqtisadiyyata təsiri olacaqdır. İstehlak əhalinin gəlirlərinin azalması və xərclərin yenidən düşünülməsi səbəbindən azalacaq. Bu, pandemiya və böhrandan təsirlənən bütün ölkələrə aiddir”.

Böhranın öhdəsindən gəlmək üçün itirəcək və ya qazanacaq iqtisadiyyatın xüsusi seqmentlərinə və sektorlarına baxaq.

Mənfidə qalacaq

Kiçik və orta biznes

Əgər işin həcmindən danışırıqsa, demək olar ki, istənilən bir sahədə ilk növbədə kiçik və orta şirkətlər risk altında qalacaqlar. “Kiçik və orta sahibkarları kütləvi iflas gözləyir: onların əmək haqqı və ya vergi və tədarükçülərlə hesablaşma üçün pulları olmayacaqdır,  – Andrey Berezin belə proqnozlaşdırır. “Proqnozlara görə böhran nəticəsində 3 milyon sahibkarın iş yeri bağlanacaq. Bu, 2019-cu ilin sonuna olan sahibkar sayının (4 milyon nəfər) 75% təşkil edir. Onlarla birlikdə 8,6 milyondan çox adam işini itirəcək”, – SF Education-in rəhbəri Aleksandr Valtsev əlavə edir.

Avtomobil istehsalçıları və avtomobil dilerləri

İlk dövrdə avtomobil satışında hətta kəskin yüksəliş müşahidə oluna bilər. Çünki təxirə salınmış tələbat işə düşəcək. Lakin, bu qısamüddətli effekt olacaq: qarşıda isə avtomobil sənayesini ağır dövrlər gözləyir. Gəlirlərin azalması və kredit verilməsində ixtisarlar avtomobil istehsalçıları və avtomobil salonlarını zərbə altında qoyacaq.

“Bu problemlərin səviyyəsi boş vaxt ərzində enişin dərinliyindən və həm avtomobil komponentlərinin, həm də hazır avtomobillərin təchizatında logistika zəncirlərinin dağılmasından asılı olacaq, – “METR” evakuasiya və texniki yardım aqreqatorunun baş dirktoru Vitaliy Ovçinnikov belə deyir. – Karantin tədbirləri uzun müddət davam edərsə, dilerlərin, distribyutorların və istehsalçıların iflasını istisna etmək olmaz ki, bu da bazarların yenidən bölüşdürülməsinə səbəb olacaq”.

Problemlər yalnız avtomobil istehsalçıları və dilerlərini deyil, avtomobil sənayesinin digər seqmentlərini də gözləyir. Məsələn, carshering və kirayə. “Karşerinq biznesi artıq demək olar ki, tamamilə dayanıb, qadağaların ləğvindən sonra isə onun bərpası, yəqin ki, sual altına düşəcəkdi, – Ovçinnikov belə təxmin edir. – Həm də bir neçə səbəbə görə – həm ödəniş qabiliyyətli tələbatın aşağı düşməsi, həm də, əsasən, digər sürücülərdən və sərnişinlərdən sonra avtomobildən istifadə zamanı koronavirusa yoluxma qorxusu ilə əlaqədar”. Bu, daha az dərəcədə ənənəvi avtomobil bazarına aiddir. Çünki bu halda növbəti müştəriyə ötürülməzdən əvvəl maşını dezinfeksiya etmək imkanı var. “Lakin, avtomobil  kirayəsi səyahət edənlərin və ezamiyyətlərin sayının azaldılması nəticəsində müştəri axınının ümumi azalması ilə üzləşə bilər”, – Ovçinnikov əlavə edir.


3-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email