Hüquqlarının müdafiəsi üçün hər bir işçinin bilməli olduqları (2-ci hissə)

posted in: Xəbər | 0

hüquqBu yazımızda sırf işçi hüquqlarının müdafiəsini və əmək hüquqları sahəsində maarifləndirməni həyata keçirmək üçün az bilinən bəzi məsələləri silsilə yazı şəklində təqdim edəcəyik.

  • Bankın müraciətinə əsasən işçinin əmək haqqından tutulmaya yol verilə bilməz.
    İşəgötürənin özbaşına olaraq hansısa bankın müraciəti ilə işçinin əmək haqqından tutulmaya yol verməsi qadağandır. Bu yalnız işçinin yazılı razılığı olduqda mümkündür. Bu səbəbdən də işçilərə məsləhətdir ki, bankdan kredit götürərkən verilən sənədlərə diqqət yetirsinlər.
  • İşçinin 5 banka borcu varsa və hər bank borcu üzrə məhkəmə qərarı çıxarılıbsa, onun əmək haqqının bölünməsi qaydası.
    Bu halda işçinin əmək haqqının (burada gross, yəni vergi və digər ödənişlər daxil olmaqla müəyyən edilən əmək haqqı məbləği nəzərdə tutulur) 50%-i 5 banka olan borca görə bölünəcək. Təqribən hər banka 10% əmək haqqı ödəniləcək. Qalan 50% isə işçiyə ödənilməlidir.
  • İşçinin məsuliyyətini istisna edən hallar da var və bu hallara görə işçidən nəyinsə tələb edilməsi yol verilməzdir. Belə ki fors-major hallarda, işçinin təqsiri olmadan maşın-mexanizm və ya avadanlıqların korlanması və sınmasına görə işəgötürənə dəyən ziyanı işçi ödəmək öhdəliyi daşımır.
  • İşdən çıxan işçiyə əmək kitabçası nə vaxt verilir?
    Bu sualın cavabı olaraq qeyd edə bilərik ki, işçiyə əmək kitabçası sonuncu iş günü, yəni əmək müqaviləsinin xitam verildiyi gün verilməlidir. Bu qayda işəgötürənin təqsiri səbəbindən pozularsa, işçiyə işə düzəlmədiyi bütün müddətin orta əmək haqqı mütləq ödənilməlidir.

Yeni əlavələr hər dəfə qeyd olunacaqdır.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Yazının əvvəlki hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *