fbpx

Azərbaycanda icbari tibbi sığorta üzrə sığorta haqları müəyyənləşib

posted in: Xəbər | 0

icbari tibbi sığorta paketi, İcbari tibbi sığorta üzrə sığorta haqları,Azərbaycan İcbari tibbi sığorta üzrə sığorta haqları müəyyənləşib.

Bu, “Tibbi sığorta haqqında” qanuna dəyişiklik barədə qanun layihəsində öz əksini tapıb.

Dəyişikliyə görə, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən işçinin əmək haqqının 8 000 manatdan yuxarı olan hissəsinə 0,5% tətbiq edilməklə, 2020-ci ildə hesablanmış əməyin ödənişi fondunun 1%-i, 2021-ci ildən etibarən hesablanmış əməyin ödənişi fondunun 2%-i; Neft-qaz sahəsində fəaliyyəti olan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən işçinin əmək haqqının 8 000 manatdan yuxarı olan hissəsinə 0,5% tətbiq edilməklə, 8 000 manatadək (8 min manat da daxil daxil olmaqla) olan hissəsinin 2020-ci ildə 1%-i, 2021-ci ildən etibarən isə 2%-i; Neft-qaz sahəsində fəaliyyəti olan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən işçinin əmək haqqının 8 000 manatdan yuxarı olan hissəsinə 0,5% tətbiq edilməklə, hesablanmış əməyin ödənişi fondunun 2%; Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığorta olunan tərəfindən işçinin əmək haqqının 8 000 manatdan yuxarı olan hissəsinə 0,5% tətbiq edilməklə, 8 000 manatadək (8 000 manat da daxil olmaqla) olan hissəsinin 2%-i qədər icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən olunub.

Sənəd  Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılacaq.

Mənbə: report.az



Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!