İdxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısında dəyişiklik edilib

posted in: Xəbər | 0

Sahibkarlıq“İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin

Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Mühasibat xidmətləri

1. “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 721; 2023, № 2, maddə 252; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 iyun tarixli 2177 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4-cü hissəyə “dekabrın 31-dək” sözlərindən sonra “, 62–106-cı hissələri 2031-ci ilin yanvarın 1-dək” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilsin:

“4-1. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş siyahının 62–106-cı hissələrində nəzərdə tutulan “minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən texnoloji əməliyyatların məcmusu başa düşülür.”;

1.3. həmin Fərmanla təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”na aşağıdakı məzmunda 62–106-cı hissələr əlavə edilsin:

Faylı yükləyin: Siyahı

Mənbə: president.az