İdxalı ƏDV-dən azad olunan əsas vəsaitlərin Siyahısı təsdiqlənib

posted in: Xəbər | 0

“İdxalı əlavə dəyər vergisindən azad olunan əsas vəsaitlərin Siyahısı”nın təsdiq edilməsi haqqında

ƏDV-dən azad olunan əsas vəsaitlər

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 677-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 21 mart tarixli 969 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1946 nömrəli Fərmanının 2.2.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “İdxalı əlavə dəyər vergisindən azad olunan əsas vəsaitlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
  2. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahının 71-ci hissəsi bu Qərar tətbiq edildiyi tarixədək ölkəyə gətirilən və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi proseduru altında yerləşdirilən əsas vəsaitlərə münasibətdə də tətbiq olunur.
  3. Bu Qərar 2023-cü il 1 yanvar tarixindən tətbiq edilir.

Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 5 sentyabr 2023-cü il

Siyahıya nəzər yetirmək üçün faylı yükləyin 

Mənbə: nk.gov.az


Print Friendly, PDF & Email