İşəgötürən işçini məcburi məzuniyyətə göndərə bilər?

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Əmək Məcəlləsinə edilmiş son dəyişikliklərdən daha birinin sadə izahını verib.
Əmək Məcəlləsinə edilmiş yeni dəyişikliklərə əsasən, işçi məzuniyyət növbəlilik cədvəlinə əməl etmədikdə və məzuniyyətdən istifadə etmək üçün ərizə ilə müraciət etmədikdə, işəgötürən onu əmrlə (sərəncamla) əmək məzuniyyətinə göndərə bilər.

Bu halda:

İşçiyə əvvəlcədən yazılı şəkildə xəbərdarlıq edilir;
Xəbərdarlıq kağız daşıyıcıda və ya elektron sistem vasitəsilə edilə bilər;
İşçi məzuniyyət üçün müraciət etməzsə, işəgötürənin əmri ilə məzuniyyətə göndərilə bilər.

Qeyd:

Mühasibat xidmətləri

Əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta da keçirilə bilər.

Mənbə: vergiler.az

Hüquqi şəxslərin yenidən təşkili: hüquqi və vergi aspektləri (II Hissə)