İşdən ötrü canından keçən Yaponlar

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

YaponYaponlar işdən ötrü özlərini öldürürlər. İşdən çıxmaq olmaz

1-ci hissə

Yaponlar nahaqdan ən zəhmətsevər millət hesab olunmurlar: Gündoğar ölkə sakinləri demək olar ki, öz iş yerlərində yaşayırlar. Bu cür gərgin əmək isə vətəndaşların səhhətində elə də yaxşı iz buraxmır: onlar bəzən elə iş yerlərində ölür və elə iş yerlərində də intihar edirlər. Özü də bu hallar o qədər tez-tez baş verir ki, buna artıq heç kim təəccüblənmir də.

Rusiyanın Lenta.ru saytında Yaponiyada insanların niyə iş yerində məhv olmaları və cəmiyyətin buna necə münasibət bəsləməsinə dair maraqlı bir yazı dərc edilib. Həmin yazını oxucularımızın diqqətinə çatdırırıq.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Qəbrə qədər həyat

Yeni il gecəsidir. Küçələr bəzədilib, insanlar əllərində hədiyyə evlərinə tələsirlər. Bayram əhvali-ruhiyyəsi hiss olunur. 24 yaşlı yapon qızı Matsuri Takahasi işdəki yataqxananın pəncərələri önünüdən sürətlə aşağı düşür, onun yaşamasına cəmi bir neçə saniyə qalıb. Heç nə belə bir fəlakətin baş verə biləcəyini nişan verməmişdi, yalnız sosial şəbəkələrdə qız özü ilə bağlı bağlı belə bir xəbər paylaşmışdı: “Mən öləcəyəm, elə yorulmuşam ki”. Takahasi “Dentsu” nəhəng reklam şirkətində işləyirdi. Qızın ölümündən sonra aydın olmuşdu ki, onun ay ərzində iş vaxtından artıq qalıb işlədiyi saatlar 100 saatı da ötüb keçibmiş.

Yaponiyada intiharların statistikası çox amansızdır: hər gün həyatdan könüllü şəkildə gedən insanların sayı 60 nəfərə çatır, il ərzində isə belələrinin sayı 21 min nəfəri ötür. Bəzi hallar isə “karosi” kimi təsnifləşdirirlir – artıq işləməkdən yaranan ölüm. Yaponiya belə faktların toplandığı çox az ölkələrdən biridir. Adətən karosiyə gətirib çıxaran səbəblər bunlardır: iş yerində stress və güclü yorğunluq hallarından beynə qan sızması və infarktlar. Amma, bu epizodlardan bir hissəsi məhz, intiharlarla bağlıdır. Hər il yüzlərlə belə hallar qeydə alınır, qeyri-rəsmi isə onların sayı minlərlə ölçülür.

Bir çox hallarda bu İkinci dünya müharibəsindən sonra yaranan və ömür boyu bir şirkətdə işləmək təcrübəsi ilə əlaqəlidir. 1950-ci ildə baş nazir Sigeru Yesida müharibədən sonra iqtisadiyyatın bərpa olunmasını bir prioritet kimi irəli sürdü. O, iri şirkətlərlə işçilərin loyallığı qarşısında onları ömürlük iş yeri ilə təmin olunması barədə razılığa gəldi. Yaponlar da müticəsinə işdən yapışdılar və bu qısa zamanda öz bəhrəsini verdi: Gündoğar ölkə tədricən dünyanın aparıcı iqtisadiyyatlarından birinə çevrildi. Amma, getdikcə daha çox çalışmaq lazım gəlirdi. Dünya iqtisadi böhranları baş verdikdə isə ixtisara düşən əməkdaşları da əvəz etmək lazım gəlirdi. Çalışmaqda davam edən əməkdaşlar iki, bəzən də üç nəfərin yerinə işləməyə məcbur qalırdılar.

YaponHəmçinin bax: Kim nə qədər işləyir?

Hazırda 8 deyil, 12 saat işləmək bu ölkədə normal hesab olunur. Həmin saatları çalışdıqdan sonra isə məcburi qaydada “sosiallaşmaya” getməlisən: misal üçün, rəhbərlik və iş yoldaşları ilə hər hansı bir barda ünsiyyət qurmaq, içki içmək və s. Amma, qeyd etmək lazımdır ki, heç kimi ofisdə formal olaraq zorla saxlamırlar, bir çoxları ona görə iş yerində qalırlar ki, karyerada irəliləyə bilsinlər, yəni bir növ hamı sanki səmərəsiz bir insan təsiri bağışlamaqdan qorxur.

Əməkdaşlar demək olar ki, məzuniyyətə və ya xəstəlik vərəqəsinə görə haqqı ödənilən icazəli günlərə çıxmırlar, hətta istirahət günlərində belə evdən də işləyirlər. Bir çoxları gecə saat iki-üçə kimi ofisdə otururlar, səhər tezdən isə yenidən fəaliyyətə başlayırlar. Bəzi əməkdaşlar isə iş yerində başqa səbəblərdən qalırlar: rəhbərlikdən əvvəl iş yerini tərk etmək hörmətsizlik sayılır. Əgər işləyən yaponun ailəsi varsa, o öz doğmalarını yalnız istirahət günlərində görə bilir. Qeyd etmək lazımdır ki, bu cür könüllü çalışmalar adətən nəzərə alınmır və əvəzi də ödənilmir. Yaponiyada məzuniyyət günlərinin sayı 20 gündür. Kimsə həmin məzuniyyət günlərindən 2 həftəni işə çıxmırsa, ona düşmən kimi baxırlar: bu olduqca böyük nəzakətsizlik və  yolverilməz bir israfçılıq hesab olunur.

Həmçinin bax: Dünya Banklarında maaşlar – Kim nə qədər qazanır?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email