İş yerlərini itirmiş amerikalıların nisbəti hesablanıb

posted in: Xəbər | 0
birbank biznes

İş yerlərini itirmiş amerikalılar: ABŞ sakinlərinin 43 faizi koronavirusun geniş yayılması nəticəsində iş yerinin itkisi və ya əmək haqqının azalması problemi ilə üzləşib. “Washington Pew” araşdırma Mərkəzi (Peach Research Center) tərəfindən keçirilən sorğunun nəticələri bunu göstərir.

Sorğuda iştirak edənlərin 28 faizi iş yerlərini itirdiklərini bildiriblər, respondentlərin üçdə biri isə maaşlarının ixtisara düşməsi ilə üzləşdiklərini söyləyiblər. Eyni zamanda qeyd olunur ki, Latın Amerikası ölkələrindən olan və Amerikada yaşayan sakinlərin 60 faizi iş yerlərini və ya maaşlarının bir hissəsini itiriblər.

Eləcə də 18 yaşdan 29 yaşına kimi olan amerikalıların yarıdan çoxu, 30-49 yaş arası sakinlərin isə təxminən yarısı əmək haqqını və ya iş yerlərini itiriblər. Bundan əlavə, sorğuda iştirak edənlərin 53 faizi bildirib ki, pandemiya şəraitində öz məsrəflərini qarşılamaq üçün lazımi qədər pul vəsaitlərinə malik deyillər. Bu səbəbdən çətinlik çəkirlər.

Bundan əvvəl isə Bloomberg tərəfindən sorğu edilən iqtisadçılar, koronavirus pandemiyası başa çatdıqdan sonra ABŞ-ın bütün tarixi boyu rekord səviyyədə işsizlik nisbəti ilə qarşılaşacağını bildiriblər. Ekspertlərin dəyərləndirmələrinə görə onun miqyası 1929-cu ildə başlanmış Böyük Depressiya zamanındakı göstəriciləri də ötüb keçəcək. Təhlilçilər həmçinin ABŞ-ın ÜDM-nin aprel və iyun ayları üzrə illik ifadədə 25 faiz enəcəyini söyləyiblər.

Hazırda ABŞ virusa yoluxanların sayına görə dünyada birinci yerdədir. Eləcə də koronovirusdan ölənləin sayına görə də ABŞ elə də xoş olmayan birinciliyə yüksəlib.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email