İşsizlik müavinətinin minimum məbləğinin təsdiq edilməsi qərarında kiçik dəyişiklik edilib

posted in: Müavinət, Xəbər | 0
birbank biznes

 

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 606
Bakı şəhəri, 28 dekabr 2017-ci il
“İşsizlik müavinətinin və peşə hazırlığı, yenidən hazırlıq və
ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün
minimum məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 iyun tarixli 86
nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “İşsizlik müavinətinin və peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 iyun tarixli 86 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 6, maddə 501; 2005, № 12, maddə 1223; 2008, № 10, maddə 938; 2011, № 5, maddə 449; 2016, № 2 (II kitab), maddə 374) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissədən “İşsizlik müavinətinin minimum məbləği 75 (yetmiş beş) manat və” sözləri çıxarılsın;

1.2. 2-ci hissədə “İşsizlik müavinətinin və peşə” sözləri “Peşə” sözü ilə əvəz edilsin.
2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri                                Artur Rasi-zadə

Mənbə: www.cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email