Kapital Bank 4 nominasiyada qalib oldu

posted in: Xəbər | 0
birbank biznes

kapital bankAzərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən ənənəvi “Bankçılıq Mükafatları – 2022” mükafatının qalibləri müəyyən olunub və Kapital Bank 4 nominasiya üzrə qalib olaraq mükafatlar qazanıb.

Kapital Bank 2022-ci il üzrə “Korporativ sosial məsuliyyət”, “Ən fəal təhsil dəstəkçisi”, “Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarrifləndirmə layihələri” və “Elektron Bankçılıq” nominasiyalarının qalibi olub.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


Print Friendly, PDF & Email