Mikro sahibkarlıq subyektindən kiçik sahibkarlıq subyektinə keçidin stimullaşdırılması

posted in: Xəbər | 0

Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 102.1.30-cü maddəsinə edilən əlavəyə əsasən, vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən olunmuş şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır.

Bu dəyişikliyin məqsədi mikro sahibkarlıq subyekti olan vergi ödəyicisinin kiçik sahibkarlıq subyektinə keçidini stimullaşdırmaqdır. Qeyd edək ki, Nazirlər Kabinetinin 556 saylı qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlar” təsdiq edilib:

Sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyaları  
Biznes hesabi

İşçilərin orta siyahı sayı (nəfər)

 

İllik gəlirləri (ig) (min manat)

Mikro sahibkarlıq 1 – 10 ig< 200
Kiçik sahibkarlıq 11- 50 200 < ig < 3000
Orta sahibkarlıq 51 – 250 3000< ig<30000
İri sahibkarlıq 251 və ondan yuxarı 30000 < ig

Maddədə diqqət yetiriləsi 5 vacib məqama nəzər salaq.

Birinci məqam. Mikro sahibkarlıq subyektini kiçik sahibkarlıq subyektinə keçidə stimullaşdırmağın bir şərti Vergi Məcəlləsinin 102.1.30-ci maddəsindəki 75 faizlik vergi güzəştindən istifadə etməməkdir.
Misal üçün, vergi ödəyicisinin müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən çoxdur və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmadığı üçün mikro sahibkarlıq subyekti 75 faizlik güzətdən istifadə edibsə, o zaman kiçik sahibkarlıq subyektinə keçid zamanı qeyd olunangüzəşt tətbiq edilməyəcək.

İkinci məqam. Mikro sahibkarlıq subyektindən kiçik sahibkarlıq subyektinə keçid zamanı maksimum 3 illik dövr nəzərdə tutulur. Vergi ödəyicisi bir, iki və üç ildən sonra kiçik sahibkarlıq subyektinə keçərsə, ötən dövr və dövrlər üçün hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində güzəşt hüququndan istifadə edəcək.

Misal 1

Mikro sahibkarlıq subyekti 2024-cü və 2025-ci ildə gəlir vergisi ödəyicisi kimi 20 faizlik dərəcə ilə vergi ödəyib və 75 faizlik vergi güzəştindən istifadə etmək hüququna malik olmayıb. 2026-cı ildə vergi ödəyicisi kiçik sahibkarlıq subyekti olduğu halda, həmin il üzrə hesablanmış gəlir vergisi öhdəliyindən 2024 və 2025-ci illər üzrə hesablanmış gəlir vergisinin 75 faizi qədər məbləğ çıxılacaq.
Üçüncü məqam. Mikro sahibkarlıq subyekti mütləq 3 il ərzində kiçik sahibkarlıq subyektinə keçməlidir ki, Vergi Məcəlləsində nəzərdə tutulmuş stimullaşdırıcı güzəştdən istifadə etsin.

Misal 2

İnformasiya texnologiyaları sahəsində fəaliyyət göstərən və mikro sahibkarlıq subyektinə aid edilən vergi ödəyicisinin işçisi yoxdur. Onun 2024-cü il üzrə vergiyə cəlb edilən gəliri 100.000 manat olduğundan gəlir vergisi 20.000 manat təşkil edib:

100.000 x 20% = 20.000 manat.

Vergi ödəyicisinin 2025-ci il üzrə gəliri 150.000 manata yüksəldiyi üçün gəlir vergisi 30.000 manat təşkil edib:

150.000 x 20% = 30.000 manat.

Vergi ödəyicisinin 2026-ci il tarixdə gəliri 220.000 manat olduğu üçün kiçik sahibkarlıq subyekti hesab edilib:

220.000 x 20% = 44.000 manat.

Bu zaman vergi ödəyicisi 44.000 manat gəlir vergisi hesablasa, Vergi Məcəlləsinin 102.1.30-cü maddəsinin tələbləri üzrə dövlət büdcəsinə bəyan edəcəyi məbləğ 6.500 manat təşkil edəcək:

44.000 – 22.500 – 15.000 manat = 6.500 manat.

Burada 22.500 manat 2025-ci il üzrə gəlir vergisinin 75 faizi, 15.000 manat isə 2024-ci il üzrə gəlir vergisinin 75 faizidir.

Göründüyü kimi, vergi ödəyicisi bəyan etdiyi 44.000 manatlıq gəlir vergisi üzrə 6.500 manat vergi ödəyəcək ki, bu da 37.500 manat azalmadır.

Sonda bir məqamı da bildirək ki, mikro sahibkarlıq subyektinin illik gəliri 200.000 manatdan çox olduqda kiçik sahibkarlıq subyektinə keçdiyi halda, o, təqdim olunan mallara (iş, xidmətlərə) görə 18 faizlik dərəcə ilə ƏDV tətbiq etmək məcburiyyətində qalacaq.

Mənbə: vergiler.az

İşǝmuzd əməkhaqqının hesablanması qaydası