“Koç Holding”in yeni ödəniş sistemi Odero Azərbaycanda!

posted in: Xəbər | 0
birbank biznes

Odero“Biznesmen istəsin, edər o!” mottolu Odero markası ilə yola çıxan Token Azərbaycan MMC Forbes 500 siyahısında yer alan “Koç Holding”in Azərbaycandakı Fintech (Financial Technology) şirkətidir. Onlayn ödənişə innovativ yanaşma gətirən Odero bazara yeni maliyyə vərdişləri qazandırmağı və onlayn satışı asanlaşdırmağı hədəfləyir. Şirkət veb-mağaza və onlayn ödəniş qəbulu xidmətləri ilə biznesmenlər və müştərilər arasında tam etibarlı, sürətli və istifadəçi dostu rəqəmsal ödəniş təcrübəsi yaradır.

Statistikaya görə dünyada onlayn alış-veriş ilbəil artır. Onlayn ticarət həcminin ötən ilə nisbətdə 12% artaraq 2022-ci ilin sonunda 5.5 trilyon USD olaraq tamamlanacağı gözlənilir. Mərkəzi Bankın rəqəmlərinə əsasən Azərbaycanda da bu il onlayn ticarət həcminin iki dəfə artdığı müşahidə edilir.

Pandemiya dövründən başlayaraq sürətlə artışa keçən onlayn alış-veriş vərdişi artmağa davam edir.

Pandemiya ənənəvi oflayn biznes sahiblərinə fəaliyyətlərinin bir anda necə dayana biləcəyi riskini, həmçinin onlayna keçərək böyümə imkanlarını göstərdi. Bu müddətdə riski fürsətə çevirərək onlayn ticarətə keçid edən bizneslər daha az zərər gördü. Onlar üçün satış prosesi fasiləsiz davam etdi, hal-hazırda da onlayn ticarət həcmlərini həm sosial media, həm də  veb-sayt üzərindən sifariş almaqla böyütməyə davam edirlər. Bənzər bir halda eyni zərərlərlə qarşılaşmamaq üçün ənənəvi biznes sahiblərinin onlayna keçidi mütləqdir.

Onlayna keçid fürsətini dəyərləndirmək istəyən biznesmenlər Oderonun yardımı ilə bunu həyata keçirə bilərlər.

Oderonun təklif etdiyi xidmətlər:

  • Biznesə uyğun onlayn mağazamobil tətbiq;
  • Sayt üzərindən satışda Virtual POS;
  • Sosial mediadan satışda Linklə ödəniş.

Virtual POS biznesmenlərə veb-saytda ödənişi istənilən debet və kredit kartı ilə qəbul etmək fürsəti verir, Linklə ödəniş isə məhsul məlumatlarını doldurub linkə çevirmək və müştəriyə göndərməklə ödəniş qəbulunu təmin edir.

Ödəniş qəbulu sistemi dünya standartlarına uyğun, sürətli və təhlükəsizdir. Əməliyyatlar daim nəzarətdə saxlanılır, şübhəli hallar dərhal araşdırılır və təhlükələrə qarşı tədbirlər görülür.

Odero barədə ətraflı məlumat və qoşulma üçün:  (012) 310 57 10

Veb-sayt: Odero.az


Print Friendly, PDF & Email