Xarici investisiyalı kommersiya qurumlarının sayı artıb

posted in: Xəbər | 0
birbank biznes

Azərbaycandakı xarici investisiyalı kommersiya qurumlarının sayı artıb

2020-ci il mayın 1-i tarixinə Azərbaycanda 15 min 257 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hesabatına görə, qeydiyyatda olan xarici investisiyalı kommersiya hüquqi şəxslərin 77,3 faizi məhdud məsuliyyətli cəmiyyət, 18,8 faizi xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı nümayəndəliyi və ya filialı, 0,9 faizi səhmdar cəmiyyət, 0,2 faizi kooperativ və 2,8 faizi isə digər təşkilati hüquqi formalardadır.

Hesabata əsasən, 2020-ci ilin yanvar-aprel aylarında qeydiyyatdan keçmiş aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.

Apreldə 21 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib, ləğv olunan xarici investisiyalı kommersiya hüquqi şəxs olmayıb. Dövlət qeydiyyatına alınmış hüquqi şəxslər Pakistan, İran, Türkiyə, Gürcüstan və Hindistan investisiyalı hüquqi şəxslərdir. Onlar, əsasən xidmət, ticarət, sənaye və digər sahələrdə fəaliyyət göstərirlər.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email