Koronavirus peşə xəstəliyi hesab edilirmi?

posted in: Xəbər | 0
birbank biznes

Mövzu başlığına müvafiq olaraq cavab kimi qeyd etmək mümkündür ki, bəli. Koronavirus xəstəliyi də peşə xəstəliyi hesab edilir. Sadəcə olaraq konkret peşədə çalışanlar üçün bu halda ödəniş verilir.

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna əsasən peşə xəstəliyinə tutulmuş şəxslərin həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü halında sığortalandıqları şirkət tərəfindən sığorta ödənişi verilir. Əgər şəxs sığorta olunmayıbsa, onda həmin işçini sığortalamaq vəzifəsi olan işəgötürən öhdəlik daşıyacaq.

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”na əsasən müvafiq tibb müəssisələrində, infeksion şöbələrdə çalışan şəxslər peşə xəstəliyinə tutulma ehtimalı yüksək şəxslər hesab edilir.

Mövzu çərçivəsində qeyd etmək yerinə düşərdi ki, aşağıdakı şəxslər peşə xəstəliyi nəticəsində şəxsin ölümü zamanı sığorta ödənişi ala bilər:

– şəxsin ölümündən sonra doğulmuş uşağı;

– himayəsində olmuş və 14 yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü;

– şəxsin himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər;*

– şəxsin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər;*

* Son 2 halda göstərilən şəxslərə 18 yaşına çatmayan uşaqları, təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladları (lakin ən çoxu 23 yaşına çatanadək), yaşa görə pensiya hüququ yaranan yaxud əlilliyi olan ailə üzvlərini (ata, ana, ər-arvad, övlad) aid etmək olar.

Bu şəxslər olmadıqda isə sadəcə ailə üzvləri ödəniş ala bilər.

Yekunda isə qeyd edək ki, peşə xəstəliyi işəgötürən və səlahiyyətli qurum yaxud məhkəmə tərəfindən təsdiq edilməlidir.


Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Bax: İçkili olmağın fəsadları (müxtəlif sahələr üzrə)


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email