Maliyyə hesabatlarının təhlili metodları
Mühasibatın vəzifəsi maliyyə hesabatlarına qədər olan yolu, yəni mühasibat uçotunu uğurlu, qaydalara uyğun şəkildə təhlil etmək idisə maliyyə müdirinin (menecerinin) vəzifəsi maliyyə hesabatlarını təhlil etmək, ayrı-ayrı aktiv və öhdəliklərin likvidlik vəziyyətini müəyyən etməkdir. Maliyyə hesabatlarının hazırlanmasında əsas məqsədin mühasibat uçotu məlumatlarında maraqlı olan tərəflərə qərar qəbulunda kömək etməkdir. Bildiyimiz kimi, maliyyə hesabatının istifadəçiləri daxili və kənar istifadəçilər olmaqla iki qrupa ayrılır. Müəssisənin rəhbərliyi hesabatların daxili istifadəçiləri hesab edilir. Onlar təşkilatın işinin səmərəliliyin, rentabelliyini, rəqabətə dözümlülüyün, aktivlərin likvidlikini, habelə digər məsələləri bilmək üçün əllərində olan hesabatları analiz edə bilməlidirlər.
Maliyyə hesabatlarının təhlil edilməsi üçün bir sıra müxtəlif metodlar mövcuddur.
- nisbətlər analizi
- qarşılaşdırılmalı analiz
- meyilli faiz analizi (tendensiya)
- mənfəətə keçid analizi
Yuxarıda qeyd etdiyimiz metodlardan ən geniş istifadə edilən ən başda vurğuladığımız nisbətlər analizi metodudur.
Nisbətlər analizi metodu
Metodunun adının bu cür olmasına səbəb onun riyazi nisbətlərə, yəni hesabatda göstərilmiş müəyyən ədədlərin həmin hesabatın digər ədədlərinə bölünməsinə əsaslanmasıdır.
Gəlin ixtiyari “X” ASC-nin 2021-ci ilin sonuna olan Maliyyə Vəziyyəti Haqqında Hesabatının aşağıdakı formada olduğunu fərz edək və onun üzərindən likvidlik göstəricilərini analiz edək.
(min manatla)
Sıra
№-si |
Maddələrin adı | 2020 | 2021 |
1 | 2 | 3 | 4 |
1. | Uzunmüddətli aktivlər | 485 | 429 |
1.1. | qeyri-maddi aktivlər | ||
1.2. | əsas vəsaitlərin balans dəyəri | 346 | 293 |
1.3. | Yığılmış amortizasiya | (152) | (105) |
1.4. | uzunmüddətli debitor borcları | ||
1.4.1. | verilmiş uzunmüddətli avanslar | ||
1.4.2. | digər uzunmüddətli aktivlər | 139 | 136 |
2. | Qısamüddətli aktivlər | 1376 | 1295 |
2.1. | ehtiyatlar | 471 | 587 |
2.2. | qısamüddətli debitor borcları | 577 | 531 |
2.3. | pul vəsaitləri və onların ekvivalentlərı | 268 | 125 |
2.4. | sair qısamüddətli aktivlər | ||
2.4.1. | verilmiş qısamüddətli avanslar | ||
2.4.2. | təhtəlhesab məbləğlər | ||
2.4.3. | digər qısamüddətli aktivlər | 60 | 52 |
3. | CƏMİ AKTİVLƏR | 1861 | 1724 |
4. | Xalis aktivlər (kapital) | 1332 | 1034 |
4.1. | nizamnamə kapitalı | 97 | 88 |
4.2. | ehtiyat fondu | ||
4.3. | bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) | 1235 | 946 |
5. | Uzunmüddətli öhdəliklər | 120 | 61 |
5.1. | uzunmüddətli öhdəliklər | ||
5.1.1. | uzunmüddətli bank kreditləri | ||
5.1.2. | digər uzunmüddətli öhdəliklər | ||
5.2. | uzunmüddətli kreditor borcları | 120 | 61 |
5.3. | sair uzunmüddətli öhdəliklər | ||
6. | Qısamüddətli öhdəliklər | 409 | 629 |
6.1. | qısamüddətli öhdəliklər | ||
6.1.1. | qısamüddətli bank kreditləri | ||
6.1.2. | digər qısamüddətli öhdəliklər | ||
6.2. | uzunmüddətli borcun əsas borc hissəsi | 123 | 308 |
6.3. | qısamüddətli kreditor borcları | 107 | 195 |
6.4. | sair qısamüddətli öhdəliklər | 179 | 126 |
7. | Cəmi öhdəliklər | 529 | 690 |
8. | CƏMİ XALİS AKTİVLƏR (KAPİTAL) VƏ ÖHDƏLİKLƏR | 1861 | 1724 |
İndi isə “X” ASC-nin eyni dövrlər üçün Mənfəət və ya zərər haqqında hesabatı ilə da tanış olaq.
(min manatla)
2021 | ||
Gəlirlər | ||
Satışdan gəlirlər | 3405 | |
Cəmi Gəlirlər | 3405 | |
SMDD | (2041) | |
İnzibati xərclər | (761) | |
Amortizasiya | (48) | |
Digər xərclər | (2) | |
Cəmi Xərclər | (2852) | |
Faiz və vergidən əvvəlki mənfəət | 553 | |
Faiz xərcləri | (31) | |
Vergidən əvvəlki mənfəət | 522 | |
Mənfəət vergisi | (193) | |
Xalis mənfəət | 329 | |
Səhm sahiblərinə bölüşdürülə biləcək mənfəət | 329 | |
Bölüşdürülməyən mənfəətə əlavə | 284 | |
Dividend | 45 |
Qeyd edək ki, əmsalların aşağıda hesablanması forması nisbətlər analizi metodlarının alt metodlarıdır.
Likvidlik analizi
Likvidlik pula çevrilmə qabiliyyətidir. Bu səbəblə pul ən likvid aktiv hesab edilir. Maliyyə hesabatlarının müxtəlif istifadəçiləri ondan müxtəlif məlumatlar almaq istəyirlər deyə, maliyyə hesabatlarını da müxtəlif aspektlərdən analiz edirlər.
Məsələn, sizcə hesabatların xarici istifadəçilərindən olan banklar, BOKT-lar, həmçinin hər hansı borc verən digər təşkilatlar daha çox hansı istiqamətdə analizlər apara bilərlər? Əgər borcu qaytarma qabiliyyəti deyə düşündünüzsə doğru fikirdəsiniz. Belə qurumlar üçün ən vacib amil verilmiş borc vəsaitinin vaxtında və tam həcmdə geri qaytarılmasıdır.
Məsələn, borc verən təşkilat olaraq, siz maliyyə hesabatları əsasında “X” ASC-nin qısamüddətli aktivlərini, qısamüddətli öhdəliklərinə bölməklə onun cari likvidlik əmsalını tapmış olacaqsınız.
Cari likvidlik əmsalı = qıs.müd.aktivlər / qıs.müd.öhdəliklər.
“X” ASC üçün cari likvidlik əmsalı :
1295/629 = 2.05
Əlbəttə, etdiyimiz bu nisbətin mahiyyətini bilməsəniz, aldığımız ədədin bizə hansı məlumatı ötürdüyünü də bilməcəyəksiniz.
Qısa müddətli aktivləri qısa müddətli öhdəliklərə bölməklə, belə demək olarsa, bir manat borcumuza qarşılıq olaraq nə qədər aktivə sahib olduğumuzu tapmış oluruq. Aldığımız ədəd nə qədər böyükdürsə cari likvidliyimiz də bir o qədər böyükdür.
Aktivlərin öhdəliklərdən iki dəfə artıq olması, olduqca yaxşı haldır. Nəticəmiz birdən aşağı olsaydı bu artıq həyəcan təbilinin çalınması demək olardı.
Bununla belə unutmaq olmaz ki, heç bir metod, o cümlədən maliyyə hesabatları əsasında aparıla cari likvidlik analizi bütün iqtisadi sahələr üçün yeganə mövcud alət ola bilməz. Çünki, istehsal, ticarət, xidmət, ictimai iaşə və s. kimi iqtisadiyyatın müxtəlif sahələrində aktivlərin pula çevrilmə sürəti fərqli olur. Bu təşkilatın səmərəli yaxud səmərəsiz işləməsindən deyil, fəaliyyət istiqamətinin səciyyəvi xüsusiyyətlərindən qaynaqlanır.
Ani likvidlik əmsalı
Cari likvidlik əmsalı metodunda çatışmayan bir cəhət var. Həmin məqam ondan ibarətdir ki, biz yuxarıdakı nisbətdə bütün qısamüddətli aktivləri nəzərə aldıq, nəticədə müəssisəmiz sanki daha çox likviddir. Amma, biz bilirik ki, qısamüddətli aktivlərin tərkibində elələri var ki, onları dərhal pula çevrilə bilmərik. Nümunə kimi, satış məqsədilə alınmış malları, istehsal üçün nəzərdə tutulmuş xammal, yarımfabrikatları göstərə bilərik.
Ümumən, çatdırmaq istədiyimiz fikir budur: bizim likvidliyimiz, bütün qısamüddətli kreditorlarımızın hamısının dərhal pulunu istədiyi halda, qısamüddətli aktivlərimizi hansı sürətlə pula çevirə bilmək imkanımızı xarakterizə edir.
Kreditorlarımız tərəfindən belə bir təhlükənin üç mümkün sürətlə istənilmə ehtimalı var.
Obrazlı olaraq düşünün :
- Kreditorlarımızın hamısı bizdən dərhal pulunu istəyir və bizə cəmi bir ay vaxt tanıyırlar. Belə halda ilk düsturumuz bizə müəyyən mənada uyğun gələ bilər.
- İndi düşünün kreditorlardan tələb daxil olur, hamısı bizə cəmi 10 gün vaxt tanıyır. Bu halda biz qısamüddətli aktivlərimizin hamısını dərhal pula çevirə bilməyəcəyik. Bizə yalnız pul vəsaitlərimiz və debitor borclarımız kömək ola bilər. Maliyyə hesabatları əsasında hesablanan bu göstəriciyə biz ani likvidlik analizi
Ani likvidlik əmsalı = (pul vəsaitləri + debitor borclar) / qısamüddətli öhdəliklər.
“X” ASC üçün bu əmsal (125+531) / 629 = 1.04 olacaqdır.
- Kreditorlardan tələb pulun dərhal həmən günü ödənilməsi formasında daxil olarsa bizə yalnız pul vəsaitlərimiz kömək ola bilər. Maliyyə hesabatlarının belə analizi nağd likvidlik əmsalını bilməklə mümkündür.
Nağd likvidlik əmsalı = pul vəsaitləri / qısamüddətli öhdəliklər.
“X” ASC üçün bu əmsal 125/ 629 = 0.2 olacaqdır.