Maliyyə və mühasibat sahəsində karyeralarını qurmaq istəyən şəxslərə tövsiyə

birbank biznes
Maliyyə və mühasibat sahəsində karyeralarını qurmaq istəyən şəxslərə tövsiyəmiz.

Uzun müddətdir ki, apardığımız təhlillərin nəticəsini sizinlə bölüşmək istəyirik. Sosial şəbəkələrdə mühasibat uçotunun öyrənilməsi məqsədi ilə nədən başlamaq, hansı kursa getmək kimi məsləhət almaq istəyən şəxslərin müraciətlərinə tez-tez rast gəlinir. Bu müraciətlərə yazılan rəylər isə müxtəlif olur. Bir qrup şəxs ACCA və ya digər beynəlxalq sertifikasiya proqramlarından, digərləri isə milli uçotun öyrənilməsindən başlamağı və yaxud mühasib yanında işləməyi tövsiyə edirlər. İnsanların öyrənmək istəyinin olması təqdirəlayiq haldır. Lakin narahatlıq doğuran məqam insanların düzgün istiqamətləndirilməməsi, vəsaitlərinin və vaxtlarının hədər getməsidir. Çoxsaylı faktlar mövcuddur ki, düzgün məsləhət almayaraq uğursuzluğa uğrayan şəxslərdə insanlara etibar azalır və gələcək karyerası üçün ciddi təhlükə yaranır. Bizim sizə tövsiyəmiz, nəyi öyrənmək istəməzdən əvvəl ilk növbədə niyə öyrənirəm sualına cavab tapmağınızdır. Nədən başlamalı olmağınız sizin istəyinizə və hədəfinizə bağlıdır. Bu məqsədlə məsləhət üçün mütləq peşəkarlara müraciət edin. Maliyyə Elm-Tədris Mərkəzi olaraq, hər zaman olduğu kimi bu işdə də sizlərə təmənnasız xidmət göstərməyə hazırıq. Bizim üçün önəmli olan sizin harada təlim keçməyiniz deyil, əsas məqsədimiz ölkəmiz üçün insan kapitalının inkişafı, həmvətənlərimizin vəsaitlərini və vaxtlarını səmərəli istifadə etməsidir. Bir şeyi unutmayın ki, heç bir zaman həyatda qabiliyyətsiz insanlar olmur, sadəcə yerlərini düzgün seçməyənlər olur.

Telefon: (+994) 12 404 81 59

Email:

Ünvan: 50, Heydər Əliyev, Bakı AZ 1154, Azərbaycan

Mənbə: Maliyyə Elm-Tədris Mərkəzi

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email